Ermənistan üçün fəlakət ssenarisi – onu ancaq “sülh partiyası” poza bilər

66

İrəvandakı “müharibə partiyası” hakimiyyətdə qaldıqca erməni xalqının qurtuluşu xülya olacaq; rusiyalı hərbi ekspert: “Ermənilərin yalnız bir alternativi var…”

Artıq aydındır ki, Ermənistanda xalq tezliklə öz iradəsinə sahib çıxıb hakimiyyət dəyişikliyini reaallaşdırmasa, onun üçün də, saxta dövləti üçün də daha acınacaqlı bir aqibət qaçılmaz olacaq. Başqa sözlə, erməni toplumu təlxək və avantürist baş naziri Nikol Paşinyan və ondan heç də geri qalmayan siyasi kloun – prezident Armen Sərkisyandan qısa zamanda qurtulmaq zorundadır.

Lakin bu, o anlama gəlmir ki, onların yerinə eyni çaplı avantüristlər gətirilməlidir. Söhbət, nəhayət, “müharibə partiyası”nı “sülh partiyası” ilə əvəzləməkdən gedir – özü də bacardıqca tez. Əks halda, deyildiyi kimi, ermənilər daha ağır fəlakətə hazır olmalıdır.

*****

Bəs bu ölkədə “sülh partiyası” və ona başçılıq edəcək siyasətçi varmı?

Deyə bilmərik. Onu bilirik ki, erməni xalqı öz gələcəyini xilas, müqəddəratını həll eləmək istəyirsə, belə birisini tapmaq zorundadır. Həm də sürətli. Çünki Azərbaycan Ordusu Xankəndinə – separatçı-quldurların yuvasına yaxınlaşmaq üzrədir. Ayrı sözlə, bu, Azərbaycanın problemi deyil. Ermənistanın 1-ci prezidenti, Qarabağ danışıqları tarixində ən praqmatik mövqe sərgiləmiş və elə buna görə hakimiyyətdən devrilmiş Levon Ter-Petrosyan, ola bilsin, bu posta ən layiqlisi sayıla bilər. Yaxud ermənilər başqa birisini arayıb tapmalıdırlar.

Xocavənd və Şuşanın Ordumuz tərəfindən atəşə tutulması xəbəri yalandır

“Sülh partiyası” liderinin ilk əsas işi isə Qarabağ müharibəsində qəti məğlubiyyəti dərhal etiraf edib Azərbaycan rəhbəri ilə Böyük Sülh anlaşmasına hazır olduğunu bəyan etməsi olmalıdır. Veriləcək bəyanatda həmçinin İrəvanın ölkəmizin ərazi bütövlüyünü tanıdığı və yerdə qalan ərazilərdən də konkret zaman kəsiyində çıxmaq öhdəliyi əksini tapmalı, yürüdülən işğalçı siyasətə və Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istənilməlidir.

Sonrası daha asandır. Eləcə də Ermənistanın yeni rəhbərliyinin xoş məramından asılı olaraq, iki ölkə arasında kommunikasiyaların və sərhədlərin açılması, o cümlədən Türkiyə ilə sərhədlərin açılması gündəmə gələ bilər. Başqa barış ssenarisi mümkün və real görünmür. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin mənasız dirənişi və öz xalqına total yalanlar danışmağa davam eləməsi vəziyyəti yalnızca daha da dramatikləşdirəcək – ilk növbədə də erməni xalqı üçün.

Buradaca xüsusi vurğulayaq ki, prezident İlham Əliyevin öz müsahibə və müraciətlərində dəfələrlə dediyi kimi, Azərbaycan və onun ordusu Dağlıq Qarabağdakı 3-5 dinc erməni ilə, bütövlükdə erməni xalqı ilə vuruşmur, beynəlxalq hüquq çərçivəsində, BMT TŞ-nin, digər mötəbər beynəlxalq təşkilatların məlum qərar və qətnamələri əsasında Dağlıq Qarabağdakı oyuncaq qurumun, separatçı-kriminal, xunta rejimini ləğvi yönündə əməliyyat aparır.

*****

Paşinyan cinləri İsraildən qovur - Yəhudi dövlətinə dərs vermək?! | KONKRET

Hələliksə Ermənistan rəhbərliyi yad torpaqlar uğrunda və yad torpaqlarda öz vətəndaşlarını (muzdlular da öz yerində) mənasız qırğına verməyə davam edir.

“Son bir neçə gündə qızğın döyüşlər gedir. İtkilərin statistikası dərc edilsə, Ermənistan əhalisi dəhşətə gələcək”.

Bu barədə ukraynalı hərbi ekspert Yuri Podolyaka öz Yutub kanalında bildirib. Onun sözlərinə görə, Qarabağ müharibəsinin sonuna cəmi bir neçə həftə qalıb və əgər Azərbaycan Ordusu təzyiq göstərməyə davam edərsə, Ermənistan kapitulyasiya elan edəcək.

ProPress - Peşəkar Xəbər Yayımı

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi (MN) müharibə başlayandan bəri hər gün canlı itkilərindən bəzilərinin adlarını elan edirdi. Açıqlanan siyahılar reallığı əks etdirməsə də, Ermənistan MN bunu “əllərində olan və tanınan meyitlərə görə” elan etdiyini bildirirdi. Ancaq artıq 5 gündür Ermənistan, ümumiyyətlə, itkilərini elan etmir. Bu da canlı itkilərin sayının gerçəkdən də olduqca böyük olduğunu və rəhbərliyin əhalinin qəzəbindən qorxduğunu göstərir.

*****

“Qarabağ Azərbaycandır və bu, müzakirə oluna bilməz. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa ediləcək”.

İqor Korotçenko: “Gəncəyə raket hücumu ilə bağlı sanksiyanı Ermənistanın  hərbi-siyasi rəhbərliyi verib”

Bunu isə Rusiyada nəşr olunan “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko “Xüsusi buraxılış” verilişinin efirində bildirib (Axar.az).

“Rusiyada fəaliyyət göstərən erməni ictimai təşkilatları tərəfindən Ermənistana heç bir yardım çağırılmamalıdır. Bu təşkilatlar rusları Dağlıq Qarabağda Ermənistanın tərəfində vuruşmağa çağırır. Bu isə yolverilməzdir və belə kimi çağırışlar Rusiya qanunları ilə cəzalandırılır. Analoji çağırışların qarşısı dərhal alınmalıdır”, – deyə ekspert qeyd edib.

Korotçenkonun sözlərinə görə, Dağlıq Qarabağın erməni işğalından azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat yeni mərhələyə keçib: “Döyüş əməliyyatları artıq dağ şəraitində aparılır. Azərbaycanın hərbi komandanlığı səliqəli və eyni zamanda savadlı fəaliyyət göstərir. Beləliklə, işlərin gedişatı elə olmalıdır ki, ya erməni silahlı birləşmələri bütün Azərbaycan ərazilərini tərk edəcək, ya da hərbi əməliyyatlar zamanı orada məhv ediləcəklər. Alternativ belədir”.

*****

Qalır, indi bu alternativi Ermənistanın hərbi-siyasi rəhbərliyinin düzgün dəyərləndirməsi və heç olmasa, əlavə canlı itkilərin olmaması naminə Azərbaycanın əsas şərtini qəbul eləməsi.

Əcnəbi təhlilçilərin də şərhlərindən hasil olan qənaət belədir ki, zaman indi nə Paşinyan iqtidarına işləyir, nə də bütövlükdə erməni xalqına. Bir azdan Azərbaycanın tək şərti də əhəmiyyətini itirə bilər. Torpaqlar işğalçılardan hərbi yolla tam azad olunandan sonra bizim Ermənistanla nə danışığımız ola bilər ki.

Təkrar edirik, tilsimi yalnız erməni xalqının özü qıra, onun üçün yazılmaqda olan fəlakət ssenarisini yalnız o poza bilər. Acı gerçək belədir: İrəvandakı “müharibə partiyası” hakimiyyətdə qaldıqca erməni xalqının qurtuluşu əlçatmaz olacaq. Qurtuluş yolunu isə göstərdik: nəyin bahasına olur-olsun, “sülh partiyası”nı təcili iqtidar eləmək…

Siyasət şöbəsi,
“Yeni Müsavat”