Ermənistan üçtərəfli bəyanatı imzalamaqla etiraf etdi ki, Qarabağ Azərbaycandır – Rusiyalı ekspert

93

İmzalanmış üçtərəfli bəyanat onilliklər ərzində Ermənistanın işğalı altında qalan torpaqların kimə məxsus olduğunu qlobal səviyyədə hər kəsə bildirən sənəddir. İndi Ermənistan da bu sənədi imzalamaqla etiraf etdi ki, Qarabağ Azərbaycandır.

Hurriyyet.org bildirir ki, bunu Trend-ə rusiyalı ekspert Qalina Niyazova deyib.

O bildirib ki, Azərbaycan hərbi və iqtisadi gücə malik müstəqil ölkədir:

“Bunu son həftələrin hadisələri, o cümlədən Türkiyə, İsrail və Pakistanın birmənalı şəkildə Azərbaycanı dəstəkləməsi, Rusiyanın isə Qarabağın Azərbaycanın daxili işi olmasını bəyan etməsi göstərdi”.

Ekspert əlavə edib ki, bununla belə, Azərbaycan xaricdən dəstək gözləmədən, əvvəldən öz gücünə arxalanıb və ilk növbədə öz maraqlarından qaynaqlanan siyasi qərarlar qəbul edib.