Ermənistan tez bir zamanda Azərbaycanla danışıqlar aparmağa hazırdır

105

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara yenidən başlamağa hər an hazır olduğunu bildirib.

O, sülh prosesinin alternativinin olmadığını vurğulayıb: “Biz münaqişənin dinc yolla nizamlanmasının tərəfdarı olaraq qalırıq. Məhz bu məntiqin çərçivəsində sülh prosesinin davam etdirilməsinə hazırıq”.

Mnatsakanyan Azərbaycan tərəfi ilə axırıncı görüşün bu ilin yanvar ayında keçirildiyini də xatırladıb və əlavə edib: “Biz çox tez bir zamanda bunu etməyə (Bakının təmsilçiləri ilə görüşə – red.) hazırıq. Hazırda məsləhətləşmələr, həmsədrlərlə danışıqlar aparılır, işləyirik”.