Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib – SON DƏQİQƏ (RƏSMİ)

69

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Musavat.com-un Müdafiə Nazirliyinə istinadən xəbərinə görə, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.