Ermənistan Rusiyanın 9 noyabr tarixində vurulmuş vertolyotunun heyətini medalla təltif elədi

171

Hurriyyet.org xəbər verir ki, Ermənistan Prezidenti Armen Sarkisyan 9 noyabr tarixində vurulmuş Mi-24 Rusiya vertolyotunun ekipajını “Hərbi xidmətə görə” medalı ilə mükafatlandırıb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin 9 noyabr tarixli açıqlamasında Mi-24 vertolyotunun Ermənistanın hava məkanında vurulduğu, iki ekipaj üzvünün öldüyü, birinin isə orta ağırlıqlı zədələnmə ilə xəstəxanaya çatdırıldığı bildirilmişdi. Azərbaycan tərəfi Rusiya vertolyotunun təsadüfən vurulduğunu bəyan eləmiş, üzr istəmiş və Rusiyaya kompensasiya ödəməyə hazır olduğunu bildirmişdi. Azərbaycanın Baş Prokuroluğunda erməni-Azərbaycan sərhədində vertolyotun vurulması ilə bağlı cinayət işi açılıb.

Mayor Yuri İşuk (ölümündən sonra), baş leytenant Roman Fedin (ölümündən sonra) və baş leytenant Vladislav Qryazin Ermənistan Prezidenti tərəfindən “Hərbi xidmətə görə” medalı ilə mükafatlandırıblar.