Ermənistan Prezidenti Moskvaya yola düşüb

222

Hurriyyet.org xəbər verir ki, Ermənistan Prezidenti Armen Sarkisyan Moskvaya şəxsi səfər edib. Ermənistan Prezidentinin Mətbuat Xidmətinin saytında yerləşdirilən xəbərdə deyilir: “Sarkisyan 28 noyabr tarixində Moskvaya şəxsi səfərə yola düşüb. Diaspora nümayəndələri ilə müzakirələri davam etdirən Sarkisyan erməni icmasının üzvləri və Rusiyada fəaliyyət göstərən icma nümayəndələri ilə görüşəcək”.

Qeyd edilir ki, görüşlərin gedişatında Dağlıq Qarabağ ətrafındakı vəziyyət və Ermənistanda yaranmış vəziyyət müzakirə ediləcək.