Ermənistan polisi Qarabağdakı itkilərini AÇIQLADI

438
SENSITIVE MATERIAL. THIS IMAGE MAY OFFEND OR DISTURB. Rescuers carry the body of a victim following what is said to be recent shelling in the city of Stepanakert during a military conflict over the breakaway region of Nagorno-Karabakh, in this handout photo released November 6, 2020. Armenian Unified Infocentre/Handout via REUTERS ATTENTION EDITORS - THIS IMAGE HAS BEEN SUPPLIED BY A THIRD PARTY. NO RESALES. NO ARCHIVES. MANDATORY CREDIT.

Sentyabrın 27-də başlanmış ikinci Qarabağ müharibəsində Ermənistanın 65 polis əməkdaşı həlak olub, 6 nəfər itkin düşmüş hesab edilir.

Ermənistan mediası xəbər verir ki, bu barədə respublika polisi bildirib.

Qeyd edilir ki, polis əməkdaşları müharibədə əsgər kimi xidmət etməyə başlayıblar.

Müharibənin birinci günlərindən Azərbaycanın işğal edilmiş ərazilərinə Ermənistann polis qoşunlarından təxminən 3 000 nəfər göndərilib. Ermənistan polisinin əməkdaşları xüsusən Şuşa yaxınlığındakı döyüşlərdə böyük itkilərə məruz qalıblar.

Müharibədə təkcə polis qoşunlarından 38 nəfər həlak olub, təxminən qırx nəfər yaralanıb. \\Modern.az