Ermənistan ordusunun daha bir hərbçisi öldürüldü

576

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu güllə yarasından ölüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, iyulun 27-də saat 01:00-da müqaviləli hərbi qulluqçu Aşot Mikaelyan sərhədin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində aldığı güllə yarasından ölüb./azvision.az/