Çiçəklənən Ermənistan Partiyasının parlamentdəki “Sarukyan” fraksiyasının üzvü olan deputatlar qanunverici orqanın bugünkü iclasını boykot edərək zaldan çıxıblar.
Hurriyyet.org report-a istinadən xəbər verir ki, müxalif deputatlar partiya və fraksiya sədri Qaqik Sarukyanın qeyri-qanuni şəkildə deputat toxunulmazlığından məhrum edilməsinə etiraz olaraq bu addımı atıblar.
“Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası üçün söz və fikir azadlığı şüarları ilə toplananlar siyasi opponentlərin ağzını yummağa çalışırlar”, – fraksiyanın deputatı Arman Abovyan deyib.
Qeyd edək ki, Ermənistan parlamenti iyunun 16-da Q.Sarukyanın deputat toxunulmazlığını ləğv edib.