Ermənistan MTX Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumat yayıb

210

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumat yayıb. 

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, Ermənistan MTX-nın mətbuat xidmətinin məlumatında bildirilib ki, adı açıqlanmayan Azərbaycan vətəndaşı Tavuş vilayətinin Berdavan kəndində saxlanılıb.

Faktla bağlı cinayət işinin başlandığı qeyd olunub. (apa)