Ermənistanın rəsmi mətbuatı Sərdar Ortaçın əsgərlik şəklini “öldürülmüş Azərbaycan əsgəri” başlığı ilə paylaşıb

108

Hurriyyet.org xəbər verir ki, Ermənistanın İctimai radiosu məşhur türk müğənnisi Sərdar Ortaçın fotoşəklindən “Öldürülmüş Azərbaycan əsgəri” başlıqlı xəbərində istifadə edib.

Azərbaycanın işğal altındakı torpaqlarını xilas eləmək apardığı əməliyyat qarşısında çarəsiz qalmış Ermənistanın rəsmi idarələri və rəhbər işçiləri, mediası saxta xəbərləri ilə gülüş doğurmağa davam edir.

Ermənistanın dövlət radiosunun istifadə elədiyi fotoşəkil 2000-ci ildə Sivas 5-ci Piyada Təlim Briqadası Komandanlığında, Sərdar Ortaçın hərbi xidmətdə olduğu dövrdə çəkilib.