“Ermənistan isterikadadır və Qarabağda tam məğlubiyyətin astanasındadır” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

15

“Azərbaycan prezidenti İlham Əliyevin Şuşa bəyanatı Yerevanı pat vəziyyətə saldı”

“Ermənistan rəhbərliyinin Gəncədə mülki insanlara qarşı terror aktının cavabı artıqlaması ilə verilməlidir. Ermənistan isterikadadır və Qarabağda tam məğlubiyyətin astanasındadır”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, beynəlxalq təşkilatlara fikir vermək lazım deyil: “Onlar bu terror aktına səssizdirlər. Ermənistan ərazisində hərbi hədəflər məhv edilməli və hətta artıq Qafan, Vardenis, Gorus vurulmalıdır. Ermənistanla sülh müqaviləsi mümkün olmayacaq. Prosesləri tətikləyən Kremldir və iki ölkənin daim müharibə şəraitində olması özünün geosiyasi maraqlarına cavab verir. Xankəndi, Şuşa qısa vaxtda götürülməlidir. Azərbaycan prezidenti İlham Əliyevin Şuşa bəyanatı Yerevanı pat vəziyyətə saldı. Xalqımız bir olmalıdır, Türkiyə bizimlədir. Heç bir təhdid bizi haqq işimizdən döndərə bilməyəcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org