“Ermənistan işğal etdiyi torpaqlardan təcili çıxmalıdır” – SEPAH GENERALI

66

İranın İnqilab Keşikçiləri Korpusunun(SEPAH) Siyasi vəkili general Cavani : “Qarabağ” Azərbaycan Şiələrinin torpağıdır. Ermənistan Qarabağı işğal edib və işğal etdiyi torpaqlardan təcili çıxmalıdır.”

Bunu Hurriyyet.org-a İranın Azərbaycandakı Səfirliyindən bildirilib.

Sepahın siyasi vəkili general Cavani, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Dağlıq Qarabağ böhranının həlli üçün möhkəm əsas ola biləcəyinə bildirir və bu qətnamələrdə “Dağlıq Qarabağ” bölgəsi Təhlükəsizlik Şurası tərəfindən Azərbaycana aid olduğu kimi tanınır və mövcud vəziyyət Ermənistanın bu əraziləri işğal etdiyini göstərir.

Hətta tarixi sənədlər də Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasına və Azərbaycan müsəlman xalqına, xüsusən də bu bölgədəki şiələrə məxsus olduğunu göstərir. Şübhəsiz ki, bu bölgədəki mübahisələrin və qarşıdurmaların sonu bu bölgəni işğal altında saxlayan dövlətin çıxarılmasını tələb edir.

General keçmişdə İranın Qarabağda göstərdiyi tarixi rolunu vurğulayaraq dedi: “Azərbaycan Respublikası və Ermənistan Respublikası İslam Respublikasının bu işdə fəaliyyətindən xəbərdardırlar.”

YƏHYA