Ermənistan intizarda: hələlik Putin nə Əliyevə, nə də Ərdoğana zəng eləməyə hazılaşmır

108

Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti  R.T.Ərdoğanla danışıqlar aparmağa hazırlaşmır, bu barədə dəqiq planı yoxdur.

Bu barədə açıqlamanı RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Putininin Azərbaycan və Türkiyə prezidentləri ilə yaxın zamanda yüksək səviyyəli danışıqlar aparmaq planının olub-olmadığı sualının cavabında verib.

Peskov onu da bildirib ki, regionda müharibə və hadisələr sürətlə irəlilədiyindən bundan sonra nə olacağını demək çətindir.

Peskov jurnalistlərə cavab verərəkən deyib: “Əgər lazım gələrsə, heç bir şübhə yoxdur ki, Prezident Putin öz həmkarları ilə bu məsələni müzakirə edəcəkdir.

Lakin hələlik dəqiq plan yoxdur. Lakin bildiyiniz kimi, söhbət müharibədən gedir.

 Və bu müharibədə  – Qarabağda vəziyyət çox sürətlə dəyişir.

Hadisələrin inkişafından asılı olaraq dialoqa tələbat formalaşa bilər”.