Ermənistan həmişə Gürcüstan dövlətinə və xalqına qarşı satqınlıq edib – Quram Marxuliya

117

Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü, işğalçı mahiyyətini hər zamankı kimi ortaya qoymaqdadır. Rəsmi İrəvan separatçılıq siyasətini beynəlxalq siyasi arenada dəstəklədiyini Gürcüstana qarşı ərazi iddiaları ilə də ortaya qoyur.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında növbəti müzakirə Cənubi Qafqaz regionunda baş verənlərlə, Ermənistanın bölgədə gərginlik yaradan addımları ilə bağlı olub. Verilişin qonaqları, Milli Məclisin deputatı, tarixçi-alim Anar İsgəndərov və Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili mövzu ətrafında fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu gün Ermənistan təkcə Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirmir, qonşu Gürcüstana da ərazi iddiaları irəli sürür, orada separatçılığın güclənməsində maraqlı olduğunu nümayiş etdirir. Vurğulanıb ki, Ermənistan Gürcüstanın ərazi bütövlüyünə növbəti dəfə zərbə vuran addım atdı. Millət vəkili A.İsgəndərov vurğulayıb ki, regionda gərginlikdə maraqlı olan Ermənistan hər fürsətdə Azərbaycan və Gürcüstana zərbə vurmağa çalışıb: “Tarixin heç bir zamanında Ermənistan Azərbaycan və Gürcüstanın maraqlarını müdafiə etməyib”.

“Hədəf”ə telefon vasitəsi ilə bağlanan Gürcüstanın Suxumi Universitetinin professoru Quram Marxuliya bildirib ki, Ermənistan həmişə Gürcüstan dövlətinə və xalqına qarşı satqınlıq edib: “Onların son mövqeyi heç də təəccüblü deyil. Ermənistan beynəlxalq səviyyədə hər zaman Gürcüstana qarşı mövqe sərgiləyib. Guya, Ermənistan gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Amma bu sözdədir, əslində isə hər zaman bizim dövlətin parçalanmasında maraqlı olub”.

Verilişə video bağlantı ilə qoşulan Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici siyasət qurumunun üzvü, hüquq elmləri doktoru, professor Məsud Hakkı Çaşın da Ermənistanın bölgəni gərginliyə sürükləyən siyasi addımlarının səbəbləri, Türkiyə-Azərbaycan əməkdaşlığı, türkiyəyə qarşı Aralıq dənizinin Şərq hissəsi ilə bağlı baş verən proseslər ətrafında ətraflı fikirlərini səsləndirib.

“Hədəf” analitik proqramını tam şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=I0SUem9aXqk

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az