Ermənistan bu üç ölkədən Qarabağa muzdlu gətirir – Amerika nəşri

78

“Ermənistan Azərbaycan ərazilərindəki işğalını davam etdirmək üçün Suriya və Livandan Dağlıq Qarabağa muzdlu döyüşçülər gətirib”.

Bu barədə ABŞ-da fəaliyyət göstərən “The Jewish Press” nəşri məlumat yayıb.

Nəşr işğalçı ölkənin Dağlıq Qarabağa Liviyadan da, muzdlu cəlb etdiyini bildirib.

Mənbənin məlumatına görə, muzdluların bir çoxu erməni əsilli Livan və Suriya vətəndaşlarıdır.\\Teleqraf.com