“Ermənistan ərazisi başqa dövlətlərin mənafelərinə xidmət edəcək” – “Qolos Armeniya”

363

“Ermənistanın suverenliyi və dövlətçiliyi sona çatır. Erməni xalqının öz doğma torpaqlarında mövcudluğunu ciddi təhlükə alıb. “Artsax”ın təslim olmasından sonra işbirlikçilər qrupu yeni bir mərhələyə hazırlaşır. 11 yanvardan sonra Ermənistan ərazisi yalnız başqa dövlətlərin mənafelərinə xidmət edəcək və erməni dövlətini və milli təhlükəsizliyini son dərəcə kövrək, xəyali və təhlükələrdən asılı bir şeyə çevirəcək”.

Bu sətirləri 11 yanvar Moskva görüşünə həsr etdiyi məqalədə “Qolos Armeniya” yazıb.

Məqalədə daha sonra deyilir: “Canlı bir cəsəd yalnız aid olduğu ərazidə hər hansı bir sabitlik təmin edə bilməyən ölü doğulmuş sənədləri imzalaya bilər. Ermənistan üzərinə qoyulmuş xain razılaşmalar erməni xalqının hesabına həyata keçirilə bilməz. Xəyanətdən qırıldıq, həddən artıq itkilərə büküldük və dözülməz ağrılardan əzildik. Amma yenə də yaşayırıq, bacarıqlıyıq və mübarizə aparacağıq”. \\KONKRET