Ermənilərin yeni vətən iddiası – Krasnodar

69

Onlar açıq şəkildə bildirirlər ki, ermənilər Krasnodar diyarını yaxın gələcəkdə özləri üçün ayrıca dövlət, Soçini başkənd elan edəcəklər

I yazı

Son illər Rusiya Federasiyasında yaşayan erməni kilsə xadimləri və alimləri yeni ideyalar sərgiləməyə başlayıblar. Özəlliklə də ermənilərin Quzey Qafqazda peyda olması yarixi faktını qabartmağa cəhd edirlər. Bütün bunları müşahidə edən bir sıra rus alimləri və Quzey Qafqaz xalqlarının elmi dairələri “Krasnodar diyarı ermənilərin yeni separatizm ocağı olacaq” həyəcanı ilə çıxış edirlər. Onlar açıq şəkildə bildirirlər ki, ermənilər Krasnodar diyarını yaxın gələcəkdə özləri üçün ayrıca dövlət, başkənd statusu ilə də Soçini elan edəcəklər. Buna “gizli erməni planı” deyilir. Quzey Qafqaz kökənli alimlər onu da bildirirlər ki, başlıca məqsəd Krasnodar diyarı ilə yanaşı, Qara dəniz boyunu “erməniləşdirməkdir”. Ona görə də ermənilər iri torpaq sahələri, mülk və fabrikləri, boşalmış kəndləri tələb olunan paranı dərhal ödəməkdən çəkinmirlər.

Rusiya erməni separatizmini önləyə biləcəkmi?

Bu ölkənin nüfuzlu KİV-lərində həyəcan təbili çalan mütəxəssislər qeyd edirlər ki, artıq Rusiyanın ən yüksək eşalonunda açıq və ya gizli şəkildə ermənilər xeyli dərəcədə təmsil olunmağa başlayıblar. Onlar iri ticarət şəbəkələrini ələ keçirmək, topansdatış mərkəzlərinə sahib olmaq, ölkənin ən nüfuzlu TV kanallarında təmsil olunaraq, ictimai fikrə nəzarəti ələ almaq (məşhur RT TV kanalının baş direktoru Marqaita Simonyanı örnək göstərmək olar. O da Krasnodar kğkənlidir), Rusiyanın bir sıra regionlarında mədənlərə, qızıl, gümüş və digər əlvan metal yataqlarına sahib olmaq üçün Moskvadakı yüksək vəzifəli “kripto erməni”lərin sayəsində ələ keçirmək, media holdinqlərə sahib çıxmaq və sair sahələrdə üstünlük qazanmaq üçün nə lazmdırsa onu da asanlıqla həyata keçirirlər. Baş nazir Mixail Mişustinin erməni kökənli olması barəsində hətta Kremlin kluarlarında söhbətlər gəzir. O da bəllidir ki, Rusiyanın nəzarətindəki separatçı Axaziyanın dotasiya ilə saxlanılması üçün bütün xərcləri bölgədəki və Krasnodar diyarındakı erməni işadamları çəkirlər. Quzey Qafqaz üzrə etnoqraf alim Fyodr Kuzminskin qeyd edir ki: “Emənilər Gürcüstanın Cavaxetiya vilayətinə, Abxaziyaya sahib çıxmaq üçün və Dağlıq Qarabağ məsələsini ortaya atmaqla bütün hədəflərdən yayınmaq taktikası ilə hərəkət edirlər. Krasnodar vilayətinin Armavir şəhərində I Dünya Savaşında Adolf Hitlerin faşizminə xidmət etmiş və Sovetlər Birliyinə qarşı döyüşlərdə komandan olmuş və rusların qətlində yaxından iştirak etmiş Qaregin Ter-Arutyunyana (Njde) abidə qoyublar. Bu Rusiya dövləti üçün təhlükə mənbəyi olan simvoldur”.
Nüfuzlu “kavkazplus.com” saytının analitiklərinin fikrincə: “Qara dəniz sahillətini,  Soçinin kurort və turizm məkanlarını ələ keçirən erməni işbazları yerli məmurları pulla ələ alıblar. Ona görə də özlərini çox sərbəst aparırlar. De fakto ikinci yeni bir Ermənistan formalaşdırlır. Novorossiysk, Soçi, Armavir və digər nüfuzlu şəhərlər tamamilə erməniləşdirilib. Hara baxırsan Baqramyan, Karapetyan, Şaumyan və s. küçə və prospektlərin adları insanların gözünü dəlir. Krasnodar diyarı və Abxaziyanın bütün kənd təsərrüfatı sektoru ermənilərin nəzarətindədir. Bu sahədə sadə işçiyə rast gəlsəniz, bilin ki, onlar ruslar və digər xalqların nümayəndələridir. Olduqca verimli torpaq sahəsi olan bölgənin aqrar sektordakı gəlirlərin azından 50 faizi erməni fermerlərin cibinə axır. Erməni biznesi bölgənin Rusiya dövləti üçün əsil separatizm mənbəyi hesab etmək olar. Sabah onlar ayağa qalxıb Krasnodar diyarı qədim erməni torpağıdır desələr, kimsə buna inanmasa da, bütün bunları gerçəklik olaraq qəbul edənlərin sayı daha çox olacaq”.

Kilsə avantürasının labirintli hədəfləri

Tarixşünaslıq elmində ilkin ortaçağ türk inanc kultu ilə bağlı bir sıra mədəni dəyər və yaşam qaydaları olduğu kimi hələ də araşdırılmayıb. Bunlardan biri də prototürk və protoxristianlıq mədəniyyətidir. Özəlliklə də “Qafqaz Albaniyası” tarixi hələ də öz elmi qiymətini almayıb. Ona görə də, ermənilər Azərbaycan, Gürcüstan, Türkiyə və Quzey Qafqazda türklərə aid olan protoxristian dəyəri və mədəniyyətinin tarixinə sahib çıxmaq iddiasını sərgiləyirlər. Qaraçay-balkar  türklərindən savayı kimsə onlara “DUR” deməyib. Belə ki, qaraçay-balkarlar bildirirlər ki, yaşadıqlarımız ərazilərdə qədim kilsələr var. Ruslar buraya 450 il öncə gəliblər. O da bəllidir ki, bizim kilsələr rus kilsəsinə heç də bənzəmir. Bizlər bu gün müsəlman inancı ilə yaşasaq da, həmin kilsələr bizim tarixi yaddaşmızın və mədəniyyətimizin ayrılmaz parçasıdır.
Kavarda-Balkarın başkəndi Nalçikdə “Temrük Xan Muzeyi” fəaliyyət göstərir. Orada nümayiş etdirilən xristianlıq tarixi ilə bağlı iki məzar başdaşı vardır. Etnoqraf alim İ. Volkovun fikrincə XIII yüzilə aid olan hər iki başdaşı ermənilərə məxsusdur. Deməli ermənilər 700 il öncə Quzey Qafqazda yaşayırlarmış. O zaman sual yaranır ki, bütün bölgəyə hakim olan Altun Orda dövlətinin bundan niyə xəbəri olmayıb? Çünki, Altun Orda dövləti və Rusiyanın Quzey Qafqazı 1550-ci illərə qədər işğalı tarixində heç bir yerdə ermənilərin adı çəkilmir. Bu gün ermənilər iddia edirlər ki, 1341-ci ildə Özbək Xan Altun Orda hakimi olduğu çağlarda “Ter-Sərkis Kilsəsi” mövcud idi. Halbuki, XII yüzildən Altun Orda dövlətinin icazəsi ilə indiki Krasnodar diyarı ərazisində yunanlar kilsə inşa etmək hüququna malik olublar. Həmin abidələr indi də mövcuddur. Daş plitələr yunan dilində yazılıb. Ermənilər Krasnodar diyarı ilə yanaşı Krım bölgəsinə iddialı olduqları üçün belə qeyd edirlər: “Krım xanı Məhəmməd Girey ermənilərə çox böyük miqdarda vergi ödəmələri şərtini qoymuşdu və bundan əlavə o xristianları heç də sevməzdi. Ona görə də ermənilər Krımdakı evlərini və mülklərini qoyub qaçaraq Krasnodar diyarına üz tuturdular”. O da bəllidir ki, Məhəmməd Girey XVII yüzillikdə Krımın hakimi olub. Elmi ədəbiyyatda “Çerkesiya” adlanan və indi Krasnodar diyarı kimi tanınan bölgəyə Krımdan köç edən ermənilər yerli çərkəz kökənli xalqların yarıxristian və yarıislam inanclı olduqlarını görərək qızlarını onlara həvəslə ərə verirdilər və özləri də çərkəz qızları ilə ailə qururdular. Beləliklə də Quzey Qafqazda ermənilərin izləri görünməyə başladı. 1739-cu ildə çərkəz kökənli kabardalılar  Rusiyanın protektroatlığına daxil olduqları üçün ermənilər “Belqrad traktaktı”na qatıldırlarını elan etdilər. Ermənilərin Quzey Qafqaza köçü ilə bağlı görkəmli rus alimi N.Q. Volkov yazır ki: “Onlar bölgəyə kütləvi şəkildə XII yüzillikdə deyil, XVII-XIX yüzilliklərdə köçüblər”.
XIX yüzillikdə Güney Qafqaz Çarlıq Rusiyası tərəfindən işğal edildikdən sonra, bölgənin idarəçiliyi məsələsində ruslar xristian gürcülərə deyil, daha çox ermənilərə etibar edirdilər. Başda Tiflis olmaqla, indiki Gürcüstan və Azərbaycanın idarəçiliyi ruslarla və ermənilərə bağlı idi. Beləliklə Osmanlı və Qacarlar dövlətlərindən qaçıb gələn ermənilər Quzey və Güney Qafqazda kütləvi şəkildə məskunlaşdılar. Erməni xalqının Çarlıq Rusiyasına olan sədaqəti sayəsində onlara iri ticarət və istehsal sahələrinə sahib olmaq statusu verilmişdi. Çünki, Çarlıq Rusiyasının kolonizator siyasətində xüsusi xidmətləri var idi. XIX yüzilin ortalarında Rusiyanın Qafqazda iqtisadi, siyasi və hərbi gücünün artması sayəsində ermənilər Quzey Qafqazda öz imkanlarının daha gücləndirilməsi strategiyasını gündəmə gətirdilər. Knyaz Mixail Vorontsovun dəstəyi ilə hər bir erməni ailəsinə 30 desyatin torpaq sahəsi ayrılmaqla onların sayı süni şəkildə artırıldı. Çünki, Quzey Qafqazın azadlıqsevər xalqlarına qarşı ermənilər Çar Ordusu üçün əlavə hərbi güc demək idi.

 

1846-cı ilin strateji uzantıları

Çarlıq Rusiyası Quzey və Güney Qafqazda ermənilərdən “xristian əhalisi” və ayrıca sosial güc kimi istifadə olunması ideologiyasının təməlini qoydu. Tiflisdə general-qubernatorluq tərəfindən “erməni masası” yaradıldı. Onlara ticarət, istehsal, mədəni və digər sahələrdə imtiyazların verilməsi strategiyası işlənilib hazırlandı. Erməniləri bölgədə dövlət orqanlarında işləməyə dəvət etməklə, bu prosesin sürətlənməsinə imkanlar yaradıldı. Rusların ortdoks kilsəsinə mənsub olması və erməni qriqoryan kilsəsinin də bu ideyanın bir parçası sayılması hər iki xalqı dini baxımdan birləşdirən  faktorlardan biri hesab olunurdu. Beləliklə “imtiyazlı erməni xalqı” silki yarandı. Onlar istədikləri yerdə kilsə tikə, istehsal vasitələri qura, torpaq sahələrini ələ keçirmək statusuna malik idilər. Bütün bunlar Çarlıq Rusiyasının Qafqazdakı canişini Mixail Vorontsovun rəhbərliyi altında gerçəkləşdirilirdi. Qafqazın koloniyaya çevrilməsində ermənilərin məskunlaşması üçün coğrafi sərhədlər önə sürüldü. Quzey Qafqazda Krasnodar və Rostov vilayətləri bu mənada strateji regionlar hesab olunurdu.  Çünki, Güney Qafqazdakı təbii sərvətlərin istismar edilərək bu iki bölgədə ermənilərə məxsus istehsal müəssisələrində emal edilərək bazara çıxarılması Çarlıq Rusiyası üçün çox böyk gəlir mənbəyi sayılırdı. Osmanlı və Qacarlar dövlətləri ilə iqtisadi-ticari əlaqələrin aradan qaldırılması istiqamətində erməni tacirlərinin istehsal etdikləri məhsulların bazarının tənzimlənməsi Çarlıq Rusiyasının strateji hədəflərdən biri idi. Beləliklə Qafqazda türk və müsəlman əhalisinin ənənəvi bazar münasibətləri ermənilərin maraqları çərçivəsinə salındı. Erməni burjuaziyasının yaranması ilə Çar Rusiyası onların Quzey Qafqazda toplu şəklində yaşamaları və ayrıca bölgə statusu daşımasına hədəfinə yol açdı. Krasnodar və Rostov vilayətlərinin erməniləşdirilməsi və ayrıca muxtar status qazanmaları üçün imkanlarını əldə etmək strategiyasında XIX yüzildə yaradılmış təsisatların xüsusi çəkisi gündəmə gəlib.
Artıq Rostov na Don şəhərində “Quzey Qafqaz və Rusiya Erməni Apostol Kilsəsi”nin mövcud olması “Krasnodar Erməni Muxtariyyatı” ideyasının təməli deməkdir. Bölgə üzrə ermənilərin kompkat şəkildə yaşadıqları kəndlərə və qəsəbələrə erməni adlarının verilməsi adi prosesə çevrilib. Hər kənddə və qəsəbədə erməni kilsəsinin inşa edilməsi, mədəniyyət mərkəzlərinin yaradılması və digər təsisatların qurulması  bu prosesin ilkin görünən əlamətlərdən biridir. Hətta “armenofil” baxışlara dayanıqlı olaraq erməni qəhrəmanlarına abidələr də ucaldılır. Krasnodar vilayətinin Armavir şəhərində faşist Almaniyasının yanında yer almış Qaregin Ter-Arutyunyanın (Njde) xairəsinə son zamanlar ucaldılmış abidəni örnək göstərmək olar. Krasnodar vilayətində yaşayan ermənilərin Gürcüstana qarşı separatizm siyasəti yürüdən Abxaziyanın iqtisadi və sosial baxımdan birləşdirilməsi yönündə aparılan siyasəti inkişaf etdirdikləri üçün bu gün Kreml onlara hələ ki, toxunmur. Soçi şəhəri başda olmaqla Qara dəniz sahili boyunca bütün hotellərin, istirahət mərkəzlərinin də erməni işbazları tərəfindən idarə olunması bölgənin erməniləşdirilməsinə təkan verən amillərdən biri sayılır. Vilayətin Novoroosiya şəhəri demək olar ki, artıq tamamilə erməniləşdirilibdir. Onların bu şəhərə məxsus azından 50 ictimai və sosial yönümlü təşkilatlar fəaliyyət götrərirlər. Krasnodar vilayətinə sahib çıxmaq Krım və Abxaziyanı nəzarətdə saxlamaqdır. “Dənizdən dənizə” dedikdə bu strateji hədəfləri ermənilər nəzərə alaraq deyiblər.

Ənvər BÖRÜSOY