Ermənilərin törətdiyi Ballıqaya qətliamının 28-ci ili FOTO VİDEO

135

28 avqust 1992-ci il. Bu tarix də təqvim günləri arasında bizim üçün qara hərflərlə yazılıb. Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi daha bir qətliamın anım günüdür. 

Musavat.com bildirir ki, 28 yaşı olan Ballıqaya qətliamında 24 azərbaycanlı amansızlıqla qətlə yetirilib.

Ballıqaya qətliamı da ermənilərin Qarabağda azərbaycanlıları məhv etmək üçün törətdiyi silsilə kütləvi qırğın aktlarından biri idi. Xocalıda, Kəlbəcərin Ağdaban kəndində və Xocavəndin Qadağlı kəndində törədilənlər kimi…

WhatsApp Image 2020-08-28 at 12.51.09.jpg (273 KB)
Ballıqaya Laçın rayonundan olan bir qrup məcburi köçkün üçün ümid yeri idi.

Məcburi köçkünlər ümid edirdi ki, müvəqqəti olaraq burada məskunlaşdıqdan sonra doğma yurdlarına qayıdacaqlar.

Özlərinə müvəqqəti də olsa yurd olaraq Ballıqayanı seçənlərin hamısı da bir-biriləri ilə qohum idi. Lakin kəndin Gülüstan meşəsi adlanan ərazisində çadırlarda məskunlaşan 33 nəfərin 24-ü üçün bu yurd son mənzil oldu.

WhatsApp Image 2020-08-27 at 19.52.23.jpg (332 KB)

Avqustun 28-də səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupu 6 aylıq körpə və 93 yaşlı qocanın da aralarında olduğu 33 nəfəri yatdığı yerdə odlu silahlardan atəşə tutdular. Dəhşətli qətliamda 24 nəfər həlak oldu.
Ermənilərin məqsədi bu ailələri tamamilə məhv etmək idi. Amma 9 nəfər möcüzə sayəsində sağ qaldı. Sağ qalanlar arasında uşaqlar da var. Hadisə şahidləri deyirlər ki, sağ qalan uşaqların valideynləri onlara sipər olaraq güllədən qoruyublar. Buna baxmayaraq həmin uşaqlar güllə yarası alıb, amma sağ qala biliblər.

WhatsApp Image 2020-08-28 at 12.51.12 (1).jpg (43 KB)

Amasnızlıqla qətlə yetirilən 24 nəfərin məzarı Ağdamın Güllücə, Bərdənin Tumaslı, Qaradəmirçi və Nazırlı kəndlərindədir. Dəhşətli qətliamdan möcüzə sayəsində xilas olanlar isə Bərdə və Goranboyda məskunlaşıblar.
Qeyd edək ki, soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyində qorunub saxlanılır.
Muzeydə hadisə şahidlərinin ifadələri, qətliamdan sonra çəkilən fotolar və hadisə yerindən götürülmüş maddi sübutlar yer alır.

İlkin Muradov
Elçin Ələkbərov
Musavat.com