Ermənilərin sayının Rusiyada sürətlə artmasının səbəbləri

375

 

Onlar bu dəfə simalarını gizlətmək üçün “yeni vətən” hədəfinə üz tutublar

II Yazı

XVII-XIX yüzilliklərdə erməni kilsələrinin nəzarətində olan əhali “dənizdən-dənizə” ideoloji konsepti ilə zəhərlənmişdilər. Bunun əsas səbəblərindən biri də Avropada sürətlə inkişaf edən manufaktura və dəzgahqayırma sənətinin, eləcə də ilkin kaipiatlizm siyasətinin coğrafiyasının  genişlənməsi hədəfləri ilə bağlı idi. Bu sahədə İngiltərə, Fransa, Almaniya, İtaliya, Danimarka, Şotlandiya və digər ölkələr üçün yeni xammal bazaları, ucuz işçi qüvvəsi və arada vasitəçi rolunda çıxış edə biləcək sosial dayaqlar tələb olunurdu. Ermənilər indiki Yunanıstan, Krım, Qafqaz,  Türküstan, Volqaboyu və Uralboyu bölgələrdə icmalar şəklində məskunlaşmaqla bu xidməti onlara göstərə biləcəkləri təkliflərini önə sürürlər. Yırtıcı kapitalist Avropanın gözündə dindaş “xristian icması” statusu ilə ermənilər özləri üçün əlverişli həyat tərzi sürməyi daha üstün sayırdılar. Çünki, ödəyəcəkləri vergilər sadəcə simvolik xarakter daşıyacaqdı. Beləliklə də Çarlıq Rusiyasının gücləndirilməsi yönündə faktiki olaraq bütün dövlətləri genişmiqyaslı taktiki və ideoloji konseptlərini həyata keçirmək üçün hərəkətə keçdilər. Şotlandiya, Danimarka, İngiltərə, Almaniya, Fransa, İsveç, Polşa, Avstriya, İtaliya və digər Avropa dövlətlərinin hərbi, iqtisadi və siyasi dəstəyi ilə Çarlıq Rusiyası Volqaboyu, Uralboyu, Quzey və Güney Qafqaz, Krımı işğal edə biıdilər. Bu prosesdə ən çox yararlanan tərəf erməni icmalarının regional siyasət müstəvisində məskunlaşmaları ilə sonuclandı. Erməni işabazları asanlıqla yerli toplumların dillərini öyrənir, hətta onlarla qohumluq əlaqələri yaratmaqla xammal bazalarını addım-addım ələ keçirirdilər. Beləliklə də Çarlıq Rusiyası və Avropa dövlətləri əsil qazanc mənbələrinə sahib olurdular. Avropa isə, manufaktura məhsullarının hesabına ən çox gəlir əldə edən bölgəyə çevrilirdi. Onlar xammal ixrac edən bölgələrə özlərinin mallarını dəyərindən qat-qat qiymətə satmaq üçün yenə də erməni taxirləri zümrəsini hərəkətə keçirirdilər. Beləliklə də ermənilər həm ixracat, həm də idaxalat siyasətinin önündə yer almağa başladılar. Onlar Çarlıq Rusiyasına və eləcə də avropalılara az vergi ödmək üçün özlərinin kilsələrinin inşasına və mədəni-sosial xarakterli təsisatlar yaratmaq təşəbbüslərini irəli sürdülər. Çünki, bu yolla erməni və xristian kimliyinin dəyərlərini qoruya biləcəkləri iddiasında idilər. Bunun əsil səbəbi kimi “xemşil erməni” (müsəlman ermənilər, onlara amşen də deyilirdi) məsələsini qabartmaqları oldu. Bu taktika ilə ermənilər çox sürətlə varlanmağa, bir çox hallarda Çarlıq Rusiyasında söz sahibi olmaq kimi qazancı əldə etdilər. Ölkənin bütün sənaye şəhərlərində ermənilər üçün icma taktikası ilə kilsələr inşa olunurdu. Mədəni təsisatlar yaradılırdı. Təkcə XIX yüzildə Qafqazın sənayeləşən Bakı, Gəncə, Naxçıvan, Dərbənd, Lənkəran, Salyan, Şuşa, Şəki, İrəvan, Gümrü, Tiflis, Kutaisi, Batum, Poti, Vladiqafqaz, İnciqala (indiki Maxaçqala), Soçi, Novorossiysk, Maykop, Kizlər, Qroznı və Suxumda çox güclü bir şəkildə erməni icmaları nəinki formalaşdı, həm də iqtisadi baxımdan zəngin zümrəyə çevrildilər. Çarlıq Rusiyasının Qafqazdakı canişini Mixail Vorontsevin təşəbbüsü ilə 1854-cü ildən erməni tacirlərinin, işadamlarının və sənayeçilərinin formalaşmasına başlanıldı. Lazarev (Yegizaryan), Abamelik (Abamelikyan), Deylanov (Dəlləkyan), Arapetov (Ayrapetov), Xastatov (Xastatyan), Sumbatov (Sumbatyan), Mİrzəxanov (Mirzəxanyan), Kalustov (Qalustyan), Şeriman (Şəhrimanyan), Qukasov (Qukasyan), Camqarov (Camqaryan), Mantaşev (Mantaşyan), Lianazov (Lianazyan) və başqaları milyonçu kimi ilk sırada yer alırdılar.

Rusiyada erməni kilsələrinin sayı nədən durmadan artır?

Rusiyada ermənilərin ilbəil saylarının artması əsil səbəblərindən biri də, Orta Asuya, Gürcüstan və Ukraynadan onların köç dalğasının sayının sürətlə artmasıdır. Belə ki, qondarma Dağlıq Qarabağ və Ermənistandan köçüb gedən ermənilər bunu ailələrini dolandırmaq məcburiyyətində qaldıqları üçün etdiklərini bildirirlər. Ancaq, Qazaxstan, Türkmənistan, Qırğızstan, Özbəkistan, Ukrayna, Litva, Latviya, Estoniya, Moldova və digər dövlətlərdən nədən köçüb gəldiklərini mümkün qədər qapalı saxlayırlar. Eləcə də İraq, Suriya, Liviya və digər Orta Doğu dövlətlərindən də son illərdə ermənilərin Rusiyaya axınlarının sayı sürətlə artıbdır. Bütün bunlarla yanaşı, ermənilər Rusiyada dərhal öz kilsələrini, dini ibadət adına xüsusi mərkəzləri yaratmadan belə çəkinmilər.
Bunun üçün ermənilərin kilsə siyasətinin siyahısına baxmaq fikrimizcə yetərlidir:
Adıgey Respublikası: “Müqəddəs Xaç Kilsəsi” (başkənd Maykop).
Həştərxan vilayəti: “Müqəddəs Ripsime Kilsəsi” (Həştərxan),  “Müqəddəs Pyotr və Pavel Kilsəsi”, “Müqəddəs Əzabkeş Yekatrina Kilsəsi”, “Bakirə Tanrı Kafedral Mərkəzi”, “Müqqəs Georgi Kilsəsi”, “Erməni Məzarlığında Müqəddəs Xaç Kİlsəsi”,
Volqaqrad vilayəti: “Gevorq Surb Kilsəsi” (Volqaqrad), “Müqəddəs Maarifçi Georgi adına Erməni Kilsəsi” (Saristsin).
Kalmıkstan Respublikası: “Çolun Xamur” ibtidai kilsəsi.
Krasnodar vilayəti: 2007-ci ilin siyahıya alınması dövründə vilayətdə 15 erməni kilsəsi olub. “Erməni Surb Gevor Kilsəsi” (Abşeronsk qəsəbəsi), “Müqəddəs İsanın Anası Kilsəsi” (Armavir), “Georgi Kilsəsi” (Armavir), “Müqəddəs Sərkis Baş Kİlsəsi” (Adler), “Müqəddəs Xaç Kilsəsi” (Soçi), “Müqəddəs Sergey Kilsəsi” (Soçi), “Müqəddəs Ovanes Məbədi” (Soçi), “Müqəddəs İoanna Yevangel Kilsəsi” (Krasnodar), “Müqəddəs Ölüm Kilsəsi” (Tenqinka qəsəbəsi), “Tenqinka Kilsəsi”, “Müqəddəs Sergey Kilsəsi” (Slavyansk qəsəbəsi), “Surb Eçmiədzin Müqəddəs Georgi Kilsəsi” (Şaumyan kəndi), “Maarifçi Qriqori Kilsəsi” (Novorossiysk şəhəri), “Erməni Sovməsi” (kiçik kilsə, Haykodzor kəndi), “Surb Sarqis Kilsəsi” (Haykodzor kəndi), “Mesrop Maştots və Saak Portev adına Müqəddəs Kilsə” (Paşkovskiy qəsəbəsi), “Müqəddəs Apostollar Kilsəsi” (Otryadnaya stanitsası), “Beloreçensk Erməni Kilsəsi” (Beloreçenskaya qəsəbəsi), “Surb Xaç Erməni Sovməsi” (Qoryaçiy Klyuç rayonu).
Rostov vilayəti: “Surb Xaç Kilsəsi” (Rostov na-Don şəhəri), “Surb Arutyun Kilsəsi”
(Rostov na-Don), “Müqəddəs Maarifçi Qriqori Kilsəsi” (Rostov na-Don), “Müqəddəs Karapet Kilsəsi” (Rostov na-Don), “Surb Amburtsum Kilsəsi” (Çaltır kəndi), “Amenaprkiç Kilsəsi” (Qoruyucu, Krım kəndi), “Surb Gevork Kilsəsi” (Sultan Salı kəndi), “Surb Karapet Kilsəsi” (Nesvetay kəndi), “Surb Astvatsatsin (Böyük Salı kəndi), “Müqəddəs Qriqori Lusavoriç Kilsəsi” (Novoçerkassk şəhəri), “Surb Sarqis Kilsəsi” (Şaxta qəsəbəsi).
Dağıstan Respublikası: “Amenaprkiç Kilsəsi” (Dərbənd şəhəri), “Erməni Sovməsi” (Kizlər rayonu), “Müqəddəs Qriqoris Kiİlsəsi” (Nügədi kəndi, Dərbənddən 37 km aralıda yerləşir),
Quzey Osetiya: “Müqəddəs Maarifçi Qriqori Kilsəsi” (Vladiqafqaz şəhəri),
“Müqəddəs Anaların Ölümü Kilsəsi” (Mozdok şəhəri),
Qaraçay-Çərkəz Respublikası: “Müqəddəs Qeorgi Kilsəsi” (Çerkassk şəhəri),
Çeçenistan: “Erməni Kilsəsi” (1995-ci ildə I Rus-Çeçen savaşı zamanı tamamilə dağıdılıbdır, Qroznı şəhəri),
Stavropol diyarı: “Surb Arutyun Kilsəsi” (Budennovsk şəhəri), “Surb Xaç Kilsəsi” (Budennovsk), “Surb Gevork Kilsəsi” (Georgiyevsk rayonu), “Müqəddəs Pyotr və Pavel Kilsəsi” (Utraçena kəndi), “Müqəddəs Pyotr və Pavel Kilsəsi” (Utraçena kəndi), “Surb Ripsime Kilsəsi” (Yessentuki rayonu), “Surb Vardan Mamikonyan Kilsəsi” (Kislovodsk rayonu), “Surb Xaç Kilsəsi” (Mineralnıe Vodı rayonu), “Surb Sarkis Kilsəsi” (Pyatiqorsk rayonu), “Surb Qriqor Lusavoriç Kilsəsi” (Stavropol rayonu), “Surb Mariam Maqdddaqenatsi Sovməsi” (Stavropol rayonu), “Xristin Qoryucusu Kilsəsi” (Suvorovskaya rayonu), “Surb Astvatsatsin Kilsəsi” (Edissiya bölgəsi).
Krım: “Surb Nikohayos Kilsəsi” (Yevpatoriya şəhəri), “Surb Xaç Monastrı” (Əski Krım şəhəri), “Mikael və Qabriel Arxangel Kilsəsi” (Feodosiya şəhəri), “Surb Ripsime Kilsəsi” (Yalta şəhəri), “Surb Yegiya Müqəddəs İlya Kilsəsi” (Boqatoe kəndi), “Surb Sarkis Kilsəsi” (Topolevka kəndi), “Surb Urpat Müqəddəs Paraskevlər Beçinci Gün Kilsəsi”, “Surb Stepanos Kilsəsi”, “Mağara Kilsəsi” (Bor Kaya kəndi), “Müqəddəs Sergi Məbədi” (Feodosiya), “Müqəddəs Georgi Qələbəçalan Kilsəsi” (Feodosiya), “Surb Ovannes Kilsəsi” (Feodosiya), “Monastr Qamçak”, “Surb Arutyun Kilsəsi” (Yevpatoriya şəhəri).
Sevastopol şəhəri: “Erməni Kilsəsi”.
Bundan əlavə, Volqaboyu bölgələrdə (1), Kirov vilayəti (1), Nijeqorod vilayətində (1), Perm diyarında (3), Samara vilayətində (1), Ulyanovsk vilayətində (1), Mərkəzi Federal Dairəsinə daxil olan Vladimir vilayətində (1), Lipetsk vilayətində (1), Moskva vilayətində (5), Tver vilayətində (1), Yaroslavl vilayətində (1), Ural Federal Dairəsində Sverdlovsk vilayətində (1), Sibir Federal Dairəsində Altay Diyarında (1), Kemerovo diyarında (2), Krasnoyarsk diyarında (2), Novosibirsk vilayətində (1), Şimal-Qərb Federal Dairəsində (Kalininqrad vilayətində (1), Leninqrad vilayətində (1), Sankt-Peterburq şəhərində (2) erməni kilsəsləri fəaliyyət göstərirlər. Beləliklə aydın olur ki, keçmiş Sovetlər Birliyi dağlana kimi Rusiyada 70-ə yaxın erməni kilsəsi olduğu halda son 30 ildə onların sayı 300-ə yaxınlaşmışdır. Onların Rusiyaya köç dalğası artdıqca,  özləri üçün kilsə və mədəni təsisatlarını yaradırlar. Qafqazdan başlanılan köç həm də dini və ictimai xarakter daşıması ilə müşahidə olunur. Onlar dərk edirlər ki, artıq Qafqzda gürcülər, azərbaycanlılar, dağıstanlılar, çeçenlər, qaraçay-balkarlar və inquşlarla birgə yaşayış mümkün deyil. Rusiyanın Qara dəniz strategiyasının   çərçivəsində hövzədə məskunaşmaqla özlərinin xilas yolunu tutublar. Beləliklə də bölgənin tarixdə olduğu kimi, türklərə aid siyasətin qarşısını almaq üçün Rusiyanın bir sosial zümrə kimi ətəyindən yapışaraq, özlərinin qul təfəkkürlü sədaqətlərini irəli sürürlər. Faktiki olaraq, bu gün Rusiyada ermənilərin sayının sürətlə artmasının ardından, Qafqazda onların 200 illik son tarixdə bütün yerli toplumlara qarşı etdikləri xəyanətlərin izləri addım-addım cəmiyyətdə duyulmaqdadır. Ona görə də, Qafqaz toplumlarının total şəkildə nifrətlərini qazanıblar. Bu dəfə simalarını gizlətmək üçün “yeni vətən” hədəfinə üz tutublar. Krasnodar vilayətində son illərdə yerli rus-kazaklar də ermənilərə üqarşı olduqlarını açıq şəkildə söyləməyə başlayıblar. İndiki həssas məqamda Rusiya dövləti bir qədər etibarlılıq nümayiş etdirərək ermənilərin total köç dalğasına göz yumur. Çünki, onlar XVII-XX yüzilliklərdə Çarlıq Rusiyasının etibarını qazanaraq işğalçılıq və imperiyanın kolonial siyasətinin yanında durmuşdular. Odur ki, bu dəfə Qara dəniz sahilləri boyunca Rusiya Federasiyasının etibarını qazanmaq üçün can atırlar.

Ənvər BÖRÜSOY