Ermənilərin Qarabağdakı Hava Hücumundan Müdafiə Sisteminin 80%-i MƏHV EDİLİB

69

Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatları zamanı ermənilərin Qarabağda yaratdığı Hava Hücumundan Müdafiə Sisteminin 80% -i məhv edilib.

 

Modern.az saytı xəbər verir ki, onlar arasında Rusiya istehsalı olan S-300 “Favorit” zenit-raket kompleksi də var.

Ermənistan ordusu “İqla-S” daşına bilən zenit raket kompleksi və s. hesabına çox az sayda PUA vura bilib. Hazırda Qarabağda Hava Hücumundan Müdafiə Sistemi darmadağın edildiyi üçün düşmən Azərbaycan aviasiyasının uçuşunu izləyə bilmir.

Hərbi mənbələr Ermənistanın döyüş potensialının ciddi zərbə aldığını və Yerevanın yalınz 2-3 həftəlik döyüş sursatının qaldığını bildirir.