Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

192

Azərbaycanlıların soyqırımı; 1918-ci ilin mart qırğınları

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

 (Əvvəli ötən saylarımızda)

 

Unutmaq olmaz ki, Göyçay, Kürdəmir, Salyan və Lənkəran bölgələrinin əhalisi də erməni cəza dəstələrindən ciddi ziyan çəkmişdi. 2 min nəfərlik sovet (erməni-sovet –X.İ.) qoşununun Lənkəranda baş alıb gedən qanlı terror və vəhşi soyğunçuluğunun qarşısını Zaqafqaziya Seyminin bu zaman bölgədə olan gürcülərdən ibarət silahlı dəstələri almışdır. Şaumyanın sonrakı planı Gəncəyə yerimək və bir qisim yerlərdə erməni üsyanları qaldıraraq Azərbaycanı boğmaq idi.

Mart qırğınlarından sonra 1918-ci ilin sentyabrınadək müxtəlif koalisiyalarda olan ermənilər Bakıda tüğyan edir, imkansızlıq ucbatından şəhəri tərk edə bilməyən və çevrədəki kəndlərdə yaşayan azərbaycanlı əhalini əzab və işgəncə ilə qılıncdan keçirirdilər. Bakıda törədilən türk-müsəlman soyqırımının saxtalaşdırılmasına, ona vətəndaş savaşı donu geyindirilməsinə, qətl edilənlərin sayının “redaktə” olunmasına ilk cəhdi də bu hadisələrin təşkilatçısı və başçısı S.Şaumyan etmişdi. Onun Moskvaya, XKS-nə göndərdiyi 13 aprel tarixli hesabatındakı bəzi məqamlara da diqqət yetirək: “Uç gün-30, 31 mart və 1 apreldə Bakı şəhərində şiddətli vuruşma olmuşdur. Bir tərəfdən Sovet Qırmızı Qvardiyası, bizim təşkil etdiyimiz beynəlmiləl Qızıl Ordu, Qırmızı Donanma və erməni milli hissələri, o biri tərəfdən “Müsavat” partiyasının başçılıq etdiyi… müsəlman “Vəhşi diviziya”sı və silahlı müsəlman quldur dəstələri vuruşurdular. Bizə aviyasiya məktəbinin hidroaeroplanları da kömək etdi… Biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə darmadağın edilmişdir… Hər iki tərəfdən öldürülənlər üç mindən artıqdır… Onlar Bakıda üstün gəlsəydilər, şəhəri Azərbaycanın paytaxtı elan edər, bütün qeyri- müsəlman ünsürlər tərk-silah edilib qırılardı”.

Erməni yepiskopu Baqrat isə 1919-cu ilin payızında Bakıya gəlmiş general Harborda təqdim etdiyi sənəddə ermənilərin Mart hadisələrində iştirakını danıb gizlədir, saxtakarlıq və riyakarlıqda S.Şaumyandan da irəli gedərək, Mart hadisələrində cəmi 1000 nəfərin (300 erməni + 700 müsəlman) öldürüldüyünü bildirirdi.

Ədəbiyyat:

 

  1. Cemil Ünal. Türk Ordusunun Kafkasya harekatı ve Bakünün kurtarılışı. “Azerbaycan” dergisi, Eylül-Ekim 1990, Ankara.
  2. İsrafil Məmmədov . Tariximiz, torpağımız, taleyimiz. Bakı, 2002.
  3. Khagani İsmayil. Genoside of Azeri people-1918, «The Azeri times», Baku, 28 march 2003.
  4. Газ. «Эхо», Баку, 02 .04.2005.
  5. ASPİHDA. 277-2-13.

6.ASPİHDA. 277-2-25.

7.ASPİHDA. 277-2-26.

8.ADA. 894-4-65.

  1. FİK üzvü Novatskinin məlumatı, ADA. 1061-1-108.
  2. ADA. 1061-1-99, v.11. [Qeyd: bu sənədin arxiv şifrəsi Türkiyə-Azərbaycan arxiv idarələrinin birgə hazırladığı “Azerbaycan Belgelerinde Ermeni Sorunu” (Ankara, 2001) adlı arxiv nəşrində yanlış gedib – fond sayı 1061 əvəzinə 1610 göstərilib; bax: “Azerbaycan Belgelerinde Ermeni Sorunu”, s.25.]
  3. 13.06.1919 tarixli sənəd, ADA.1061-1-110.
  4. ADA. 1061-1-5.
  5. ADA. 1061-1-102.
  6. Ариф Мансуров. Белые пятна истории и перестройка. Баку, 1990.

15.«Политический мошенник» məqaləsi, «Vətən səsi» qəzeti, Bakı, 12 iyun 1991.

  1. FİK-in üzvü Novatskinin məlumatı, ADA. 1061-1-95.
  2. FİK sədrinin 22.10.1918-ci il tarixli arayışı. Qeydiyyat tarixi: 18.12.1918, ASPİHDA. 277-2-16).
  3. ADA. 1061-1-97.
  4. N.Nəsibzadə. Azərbaycanın xarici siyasəti ( 1918-1920). Bakı, 1996.
  5. S.Şaumyanın V.Leninə (RF XKS-nə) yazdığı 13 aprel 1918-ci il tarixli məktub. Bax: Шаумян С.Г. Избранные произведения., изд. 2, Баку, 1978.
  6. ASPİHDA. 277-2-13, 277-2-25, 277-2-26.
  7. ADA. 894-4-65.
  8. ARDSPİHA, f. 276, siy. 9, iş 3, v.25.
  9. ARDSPİHA, f. 276, siy. 2, iş 20, v.69.
  10. Azərbaycan tarixi, 7 c. -də, V c., Bakı, 2008.
  11. FTK-nın sədri Ələkbər bəy Xasməmmədovun AXC Ədliyyə nazirinə məruzəsi. Bax: Azərbaycan tarixi, 7 c. -də, V c., Bakı, 2008.
  12. AXCE, 2 c.-də, II c., Bakı, 2005.
  13. ARDA, f.106, siy.1, iş 108.
  14. Azərbaycan tarixi, 7 c. -də, V c., Bakı, 2008; A.Paşayev. Açılmamış səhifələrin izi ilə., Bakı, 2001; Azerbaycan Belgelerinde Ermeni Sorunu, Ankara, 2001. Bax: AXCE, 2 c.-də, II c., Bakı, 2005.
  15. «Новый Восток», 1922, № 3.
  16. ARDA, f.1016, siy.1, iş 95, v. 5-8.
  17. Azərbaycan tarixi, 7 c. -də, V c., Bakı, 2008, s.334. Bax: ARDA, f. 894, siy. 10, iş 144, v. 14.
  18. ARDSPİHA, f. 276, siy. 2, iş 20, v.44.
  19. “Yeni Kafkasiya”, 31 mart 1924.
  20. ARDSPİHA, f. 276, siy. 2, iş 20, v.47.
  21. Azərbaycan tarixi, 7 c. -də, V c., Bakı, 2008.
  22. Türk dünyası araşdırmaları”, 1919, №110.
  23. ARDSPİHA, f. 276, siy. 2, iş 20, v.69.
  24. ARDSPİHA, f. 276, siy. 2, iş 22, v.75-77.
  25. Azərbaycan Demokratik Respublikası (tarix, ictimai-siyasi və mədəni həyat).
  26. Газета «Наш голос», 24 марта 1918 г.
  27. A.Caparidzenin Stepan Şaumyana 2 aprel 1918-ci il tarixli teleqramı. Bax: «Бюллетен КРО г.Баку и его районов» , 4 апреля 1918 г.
  28. Məhəmməd Muradzadə. Mart hadiseyi-əliməsi., 31 mart 1919. –Bakı, 1996.
  29. AR Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi f.277, siy.2, iş 13, v.40.
  30. AR Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi f.277, siy.2, iş 27, v.16-17.
  31. “Azərbaycan” qəz., Bakı, 24.04.2010., s.5
  32. Süleyman. “Soyqırım” iddiası ilə çıxış edən ermənilərin dəhşətli vəhşilikləri., “Olaylar” qəz., Bakı, 24-26.04.2010.
  33. “İsraildən erməniyə tərs şapalaq”., “Nota bene” qəz., № 01 (001)., 24.09.-01.10.2006., Bakı.
  34. ADA. 1610-1-99, v. 6-8.
  35. Март 1918 г. Баку. Азербайджанские погромы в документах.( Судебно-следственние документы). Составитель: Рустамова-Тохиди Солмаз., 2009, Баку.
  36. ASPİHDA, f.277, siy.2, iş 27, v.285-286.
  37. 52. .ASPİHDA, f.277, siy.2, iş 27, v.336.
  38. RFDA, f.1, siy.2, iş 8.
  39. NMRDA, f.314, siy. 5, iş 63.
  40. ARPİİSSA f.276, siy. 3, iş 209.

 

 

***

 

CAVAD QƏZASINDA AZƏRBAYCANLILARIN

SOYQIRIMI

(Salyan və Neftçala hadisələri )

 

Erməni-bolşevik qüvvələri Cavad qəzasını (Salyan bölgəsini) və Kürün cənub axarlarını da ələ keçirərək işgal zonasını genişləndirmək, Kür üzərindən hərbi gəmilər vasitəsilə Yevlağadək hərəkət edərək oradakı Kürüstu körpünü partlatmaq, Qafqaz İslam Ordusu qüvvələrinin əlaqəsini kəsmək, habelə Cavad qəzasının bol taxıl ehtiyatına yiyələnərək ordusuna güvənli arxa cəbhələrindən birini əldə etmək niyyətilə bu bölgəyə doğru hərəkətə keçdi.

Hələ 1918-ci il aprelin 21-də Salyan şəhərində Sovet hakimiyyəti elan edən Bakı Soveti hökuməti buraya Məşədi Əzizbəyovun başçılığı altında 240 nəfərlik hərbi dəstə, aprelin 23-də isə Korqanovun göstərişi ilə Lənkərandan 200 nəfər döyüşçü və bir savaş gəmisi göndərib, beləliklə, Rəşid Axundovun təşkilatçılığı ilə Salyanda Qızıl (Qırmızı-X.İ.) Qvardiya yaratmışdı…

Yazıçı-publisist Azər Turan doğulduğu Salyan bölgəsində şahid materiallarını qeydə alıb, bu bölgə müsəlmanlarının soyqırımı haqda bilgiləri oxucularla bölüşmüşdür. Onun həmsöhbətlərindən biri, rəhmətlik Hidayət kişi 1918-ci ilin yayında Cavad qəzasının Qaralı kəndindəki hadisələrə toxunaraq belə deyir: “Ermənilər bura paraxodla gəlmişdilər. O vaxt qoçu Əsgərdən başqa heç kəsdə silah yox idi. Əsgərin tüfəngi də ingilis aynalısı idi. Kəndin yuxarı tərəfindən başıpapaqlıları xırman yerinə topladılar. Heç kəs Əsgəri satmadı. 26 nəfəri xırman yerindəcə güllələdilər… Əsgər gətirib aynalısını təhvil verəndə … Əsgərin bədəninə 40-50 güllə vurdular”.

Müəllifin araşdırmalarına görə, Salyan-Neftçala yörəsində soydaşlarımızın kütləvi qırğınları „Qızıl” Qvardiyanın 3-cü, 5-ci taborları tərəfindən gerçəkləşdirilmişdir. Xatırladaq ki, Salyandakı 3-cü taborun başçısı Ter-Avakimov, Neftçaladakı 5-ci taborun (Mehman Süleymanova görə isə, bu taborun 1-ci bölüyünün-X.İ.) komandanı isə Danilyan idi. Soyadlarından da göründüyü kimi bu komandanların hər iki erməni millətinin bolşevik-Qızıl əsgər maskası ilə Cavad qəzasında „ zühur ” edən nümayəndələri idi.

Erməni-bolşevik bandaları Cavad qəzasının Uzunbabalı kəndinin əhalisini son nəfərinədək gülləbaran etmiş, kəndi isə yandırıb xarabazara çevirmiş, Tatarməhlədə (Bojiy Promıseldə) qırğınlar törətmişdilər.

Müəllifin qeydlərinə görə, erməni-rus hərbi bölükləri Kür çayına daxil olaraq Bankə-Seyidlər-Uzunbabalı-Tatarməhlə-Xıllı-Abasallı-Qaralı-Qarabucaq-Surra-Ərəbbəbirxanlı-Cəngən və Qaraqaşlıya qədər hərəkət edərək bu bölgənin silahsız azərbaycanlılarını qılıncdan keçirmiş, gülləbaran etmişlər.

Azər Turan Yavuz Bülənt Bakilərin „ Üsküpdən Kosovaya ” kitabındakı olaya, ərzurumlu Dadaşın söylədiklərinə toxunaraq – «Görənlərin anlatdığına görə came qapısının altından küçəyə insan yağı axmış. Məhəlləni elə bərbad bir yanıq qoxusu tutdu ki…» – bənzər hadisəni Qarakənd insan küllüyündə gördüyünü bildirir.

Müəllifin başqa bir şahid-həmsöhbəti, 1918-ci ildə Qaraqaşlıda erməni vəhşiliyi sonucunda sağ əli biləyindən kəsili Sürəyya Abbasova bildirir ki, Babazənni dağında qaynı Ağakişini, 16 qadın və 2 uşağı ermənilər qılıncdan keçirmiş, Tanrının lütfü sayəsində o, 3 gündən sonra türklərin ölüləri yığıb dəfn etməyə aparması zamanı ağır yaralı halda xilas olmuşdur.

(Sürəyya xanımın dediklərindən bir məqamı da xatırlatmaq yerinə düşür: eyni kəndin kişilərindən biri ermənilərə bələdçilik etdiyi halda, Kürə su götürməyə gedən gəlinlərdən biri o tərəflərdə vəziyyətə gizlicə nəzarət edən erməninin başını oraqla kəsmişdi !)

Ermənilər 1918-ci ilin iyulunda Qaraqaşlı yaxınlığındakı Ərəbbəbirxanlı kəndinin əhalisini tikə-tikə doğramış, sonralar onların dəfn olunduğu yer „əldə ölənlərin qəbirləri” adı ilə xalqın yaddaşına köçmüşdür

Bölgədə azğınlıq törədən erməni-sovet birləşmələrinin hərbi potensialı az deyildi : 2 mindən çox piyada, 12 pulemyot və 6 ədəd top. Kür çayında üzən 2 hərbi və bir nəqliyyat gəmisi də düşmənə aid idi. Lakin Muğanın komissarı 200-ü rus, 300-ü iranlı (Türk qaynaqlarında: əcəm – X.İ.), qalanları ermənilərdən ibarət bu 2000-lik qoşunla kifayətlənməyib, Cavad qəzasındakı malakanların və b. dini əqidəyə sahib olan rusların səfərbərliyi hesabına bu rəgəmi 6000-ə qədər artırmağı nəzərdə tutur və Bakıdan da əlavə silah-sursat yardımı istəyirdi.

Bu bölgədəki azərbaycanlıların soyqırımını dayandırmaq və erməni-bölşevik qüvvələrindən Cavad qəzasını təmizləyərək, onların gələcək təhlükəli planlarını önləmək üçün Qafqaz İslam Ordusunun Salyan-Neftçala nahiyəsinə hərbi müdaxiləsi qaçılmaz idi.

 

 

(Ardı var)