Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

195

Azərbaycanlıların soyqırımı; 1918-ci ilin mart qırğınları

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

 (Əvvəli ötən saylarımızda)

 

***

 

***

Nəticə uğurlu olmuş, general Tomsonun ta­beçiliyində olan Birləşmiş Qüvvələrin polis komissarı sənədlərlə tanış olduqdan sonra S.Lalayanı Azərbaycan hökumətinə təhvil vermək barədə razılıq ifadə edən məktubla o zamankı ədliyyə-istintaq orqanlarına müraciət etmişdi.

(Bax: Birləşmiş Qüvvələrin polis komissarının AXC Ədliyyə Nazirinə göndərdiyi 724 saylı 14.02.1919-cu il tarixli məktubun ADA-da saxlanılan surəti):

       

 

***

Nəhayət, S.Lalayan Azərbaycan hökumətinin sərəncamına keçmiş və qazamatda min bir əzablar nəticəsində gəbərmişdi.

S.Lalayanın hərbi cinayətkar fəaliyyəti haqda FİK-nın sədri A.Xasməmmədovun, FİK-nın üzvləri Aleksandroviç və A.Kaluqanın imzaları ilə Birləşmiş Qüvvələrin Bakı şəhər Komandanına göndərilən 9 dekabr 1919-cu il tarixli məktubda da rəsmi bilgi verilir və lazım gələrsə şahid ifadələrindən çıxarışların da təqdim oluna biləcəyi xatırlanır.

Yeri gəlmişkən hörmətli professor Solmaz xanım Tohidi–Rüstəmovanın sənədlər əsasında tərtib etdiyi (məsləhətçi: Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovdur –müəl.) “Mart 1918-ci il. Bakı. Azərbaycan qırğınları sənədlərdə” kitabında bizim bu kitabın bu səhifəsində yayınladığımız, arxiv şifrəsi ADA. 1061-1-99, v.9. olan sənədin yazılma tarixi səhvən 4 fevral 1919-cu il göstərilib [bax: Март 1918 г. Баку. Азербайджанские погромы в документах. (Судебно-следственние документы). Составитель: Рустамова-Тохиди Солмаз., 2009, Баку., səh. 762]. Yuxarıda yayınladığımız sənədin orijinalının surətindən də göründüyü kimi, bu tarix 14 fevral 1919-cu ildir. Səhvin indiki tərtibat zamanı baş vermiş çap (korrektə) səhvi, yaxud Parisə göndərilən informasiya hazırlanarkən texniki qüsur olduğunu müəyyən etmək üçün Parisdə saxlanılan nüsxələrə və ya oların surətinə diqqət yetirmək lazımdır. Ancaq yəqin olan bir fakt bundan ibarətdir ki, Birləşmiş Qüvvələrin Polis Komissarının AXC Ədliyyə Nazirinə göndərdiyi çox önəm daşıyan bu məktubun tarixi adı xatırlanan kitabda yanlış göstərilmişdir, növbəti nəşrə ehtiyac yaransa, o zaman düzəliş etmək gərəkdir.

Arxiv sənədləri sırasında saxlanan ilginc sənədlərdən biri də, S.Lalayanın 8 noyabr 1919-cu ildə Gəncə qazamatında cəza çəkərkən Novatski tərəfindən dindirilməsini əks etdirən istintaq protokoludur. İttihamçının o dövrün qüvvədə olan Cinayət Məcəlləsinin 403-407-ci maddələri ilə verdiyi sualları cavablandırarkən haqq divanından qorxan azərbaycanlıların kütləvi qırılmasında və əmlaklarının talan edilməsində özünü “günahkar bilməyən” Şamaxı doğumlu, 27 yaşlı Stepan Balabekoviç Lalayevin (Lalayanın) cavabı ilə tanış olduqda insan doğrudan da dəhşətə gəlir. Qəribə burasındadır ki, Lalayan özünü günahkar bilməməklə kifayətlənməyib, hətta 1918-ci il Mart hadisələri zamanı Aşurbəyov və ailəsinin, şahzadə Mənsur Qacarın, hətta Hacı Zeynalabdin Tağıyevin şəxsində Azərbaycanın görkəmli adamlarını qoruduğunu və ya qoruma altına aldığını – evinə qoruma heyəti göndərdiyini iddia edir!.

Növbəti sənədlərdən biri isə Yelizavetpol Quberniya Qazamatı rəisinin FİK üzvü Novatskiyə ünvanladığı 22 noyabr 1919-cu il tarixli məlumatıdır. Məlumatda bildirilir ki, Stepan Lalayev 21 noyabr tarixində ölmüşdür və meyitin polis-tibbi ekpertiza məqsədilə yarılması nəticəsində ölüm səbəbinin ürək iflici olduğu müəyyənləşmişdir. Məktubun arxa üzündə FİK sədri A.Xasməmmədovun qeydi FİK sədrinin bu məlumatı Azərbaycan Məhkəmə Palatası Prokuroruna göndərdiyi aydınlaşır

***

Qeyd: Acınacaqlı haldır ki, Şaumyan kimi başçısı, Arsen Əmiryan, Mikoyan kimi fəal rəhbərləri, Tatevos Əmiryan, Stepan Lalayan, Hamazasp kimi görünməmiş başkəsənləri olan, Azərbaycanda seçilməmiş, Bakıda öz-özünü elan et­miş qaniçən erməniçi bir qurumun-Bakı Sovetinin adı Bakı şəhərindəki metrostansiyadan-son 5 ildən artıq bir sürədə dəfələrlə bu məsələni müxtəlif mətbuat orqanlarında, televiziyada və rəsmi məktubla Bakı şəhər İcra Hakimiyyətində qaldırmağımıza və məsul tərəfin bizimlə ra­zılaşmasına, hətta «İçərişəhər» adı ilə əvəzlənəcəyi vədinə rəğmən, məsələnin həlli səbəbsiz yerə illərlə süründürülərək bu yaxınillərdə həyata keçirilmişdir. Caparidzenin heykəlinin götürülməsi ilə bağlı tələbimizlə və başqa müvafiq məsələlərlə isə Bakı şəhər İcra Hakimiyyəti yetkililəri razılaşmasalar da, nəhayət dövlət rəhbərliyi tələbimizi yerinə yetirməli oldu: Caparidzenin, Əzizbəyovun heykəlləri… götürüldü. Ancaq Qafqaz İslam Ordusunun, Ənvər paşanının, Xəlil paşanın, Nuru paşanın, Kazım Qarabəkir paşanın adına nəinki heykəl (anıt), prospekt (caddə), meydan, hətta bir yarımçıq küçə-dalan də yoxdur. Azərbaycan naminə nə isə-azacıq bir xidməti olanların, hətta bəzən Azərbaycan xalqına əslində düşmənçilik mövqeyində olmuş bəzi üzdəniraq yazıçıların, alimlərin, ictimai-siyasi xadimlərin adları isə tinbaşı vətəndaşın gözünü “döyənək” etməkdədir… Ancaq ümid edirik ki, bu haqsızlıqlar da zaman-zaman aradan qalxacaq, Azərbaycan dövləti (imperialist) yadelli ağaların tələblər dalğasının yaratdığı “təngnəfəslik”dən özünə gəlib xilaskar Türk Ordusunun şərəfli tarixi missiyasını gerçəkdən dəyərləndirməyə çalışacaqdır…

Şamaxı hadisələri zamanı şəhərin zəngin və məşhur adamlarına-Şihayev, Həsənov, Cəbrayılbəyov, Müfti Hüseynbəyov, Əlimirzəyev, Əfəndiyev, Babayev, Böyükbəy Hüseynov, Hacı Yaqub, Ələkbərov, Teymur Əbutalib, Hacı Fətəli, Fəttahbəyov və başqalarına aid qiymətli əş­yaları qarət edərək, onların evlərini yandırdılar.

Şahidlərin bildirdiyinə görə, Bakıdakı, Şamaxıdakı və s. qarətlər nəticəsində Anastas Mikoyan və T.Əmiryan Azərbaycan xalqının 20 milyon, Stepan Şaumyan isə 80 milyon qızıl pul vəsaitini mənimsəmişdilər!

Şamaxı hadisələri haqqındakı istintaq məlumatlarında bildirilir ki, ermənilər Şamaxının tanınmış şəxsiyyətlərini-Duma üzvü Məmməd Tağı Əliyev, Hacı Baba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdül-Xaliq, Hacı Əbdül Hüseynov, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Zeynəb xanım Veysova, Əli Abbasbəy İb­ra­himbəyov və bir çox ziyalıları da məhv etmişdilər. İs­tintaq hesabatlarına əsasən, Şamaxı mü­səl­man­la­rına dəyən ümumi maddi zərər 2 milyard rus rublu məb­ləğində imiş.

Şamaxı əhalisinə tutulan haqsız divan və şamaxılıların var-yoxunun ta­lanması azmış kimi, ermənilər böyük şair, 1905-1906-cı il er­mə­ni-müsəlman qırğınları zamanı xalqı (müsəlmanları) hidayətə, ermənilərlə xitabətə (dialoqa) çağıran Mirzə Ələkbər Sabirin əlyazmalarını da özlərilə aparmışdılar…

Şamaxı şəhərindəki qırğınlarında 8 minə qədər (başqa bir qaynaqda 7 min – 27: s.349) azərbaycanlı öldürmüşdü. Onlardan 1653-ü qadın, 965-i uşaq idi, şəhərə 1 milyard manatdan artıq ziyan vurulmuşdu.

 Şamaxı şəhərində 12 məhəllə məscidi, bundan başqa, 800 illik tarixə malik nadir memarlıq abidəsi olan “Cümə məscidi” yandırılmışdı.

FTX-nın aktlarına görə, Şamaxı qəzasının 53 kəndində ermənilər qısa müddətdə 8027 nəfər azərbaycanlını (4190-kişi, 2560-qadın, 1277-uşaq) öldürmüşdülər.

Maddi zərər (şəhərə dəyən 1 milyard manatlıq zərərdən əlavə) o dövrün qiymətlərilə 339,5 milyon manata çatırdı.

Rəhbərlikdən əsas günahkarlar olaraq Şaumyanın və Korqanovun (o da ermənidir -X.İ.) adı çəkilir.

Bu olaylardan sonra Şamaxı şəhəri uzun müddət özünə gələ bilmədi: hadisələr ərəfəsində 15 min əhalisinin 80%-indən çoxu azərbaycanlılar olan Şamaxıda 1921-ci ildə cəmi 1700 nəfər yaşayırdı.

 

QUBA QIRĞINLARI

 

Fövqəladə İstintaq Komissiyasının apardığı so­ruşdurma sənədlərindən bəlli olur ki, 1918-ci ilin ap­relində A.Caparidzenin təyinatı ilə bolşevik təmsilçisi David Qolovani öz silahlı dəstəsi ilə Qu­baya gələrək özünü komissar elan edir. Barışçı yerli müsəlman camaatın psixologiyasını öyrənən Qo­lovani burada bir təhlükə olmadığını anlayaraq Quba qazamatındakı 200 cinayətkar ermənini azad etdirir.

Bir neçə günlük fasilədən sonra hadisələrin bu cür gedişindən narahat olan Ləzgi bölüyü qəflətən dağ tərəfdən Qubaya yaxınlaşır və Qolovaninin təslim olmasını tələb edir . Qolovani təslim olmayınca Ləzgi bölüyü atəş açır və hər iki tərəf qarşılıqlı atəş yağmuruna qərq olur .

Qolovani geri qayıtmaq zorunda qalır və ona dəstək olan ermənilərlə ortodoks ruslardan ibarət bir qrupu da özü ilə bərabər götürür…

1918-ci il mayın 1-də isə sabah saatlarında Bakıdan başqa bir silahlı qrup Qubaya hərəkət edir. Yerli müsəlmanlar bu qrupun onlara zərər verəcəyini dü­şünmürdülər… Bu silahlı qrupun komandanı Daş­nak­sütyun Partiyasının təmsilçisi Amazasp və onun yardımçısı Nikolay idi. Bu qrup erməni mil­lət­çi­lərindən təşkil olunmuşdu. Amazaspın bu dəstəsi Qu­ba şəhərinə girər-girməz onları dinc şəkildə qar­şı­la­yan, hətta bolşevizmi qəbul etdiklərini bildirən əh­aliyə atəş açdı…

Ermənilər qarşılarına çıxan kişi, qadın, körpə və yaşlılara fərq qoymayaraq onlara divan tutur, evlərə soxularaq ailələri bütünlüklə məhv edirdilər.

İstintaq ifadələrində bildirildiyi kimi, Kər­bə­layı Məmməd Tağı oğlunun 14 nəfərlik ailəsi ucdantutma öldürülmüşdü. Məhəmməd Rəsul oğ­lu­nun ailəsi, arvadı və üç uşağı (uşaqların başlarını kəsmişdilər), Hacı Dadaşbala Qasımoğlunun arvadı və oğ­lu qətl edilmiş, Kərbəlayi Əbuzərin iki qızının başı (anasının qucağındaca) kəsilmişdi.

Molla Şahbaz, Usta Məhəmməd Rəsul Bayram oğlu, Rəsul Kazımoğlu və bir çox başqaları olmazın iş­gəncələrlə öldürülmüşdülər.

Təxmini məlumatlara görə, Quba qəzasında 2000 nəfər müsəlman öldürülmüş, 100-ə yaxın qız və qa­dına təcavüz edilmişdi. Ümumilikdə əhaliyə aid 25 milyon rus rublu dəyərində mal və ərzaq qarət edilmiş, 100 milyon rubl dəyərində 105 ev yandırılmış, cəmi 2 milyon rubl dəyərində başqa zərərlər yetirilmişdir…

Müsəlmanlar təslim olmaq və qırğını da­yan­dırmaq məqsədilə ağ bayraq qaldırsalar da, Dəvəçi-Bazar, Qızıl-Burun kəndliləri erməniləri duz və çö­rək­lə qarşılamaq üçün 11 ağsaqqalı seçib Amazaspın dəs­təsinə xahiş-minnət üçün göndərsələr də, bunların heç bir faydası olmamış, daşnaklar bu məsum in­san­ları da gülləbaran etmişdilər. Ermənilər daha sonra bir çox məscidləri və çox sayda «Qurani-Kərim»i də yandırıb misilsiz azğınlıq nümayiş etdirmişdilər.

Qubada Hamazaspın rəhbərliyi ilə qısa sürədə bütövlükdə 122 kənd talan edilərək dağıdılmış, yandırılmış, minlərlə azərbaycanlı, dağlı, o sıradan ləzgi qılıncdan keçirilmişdi. Bu kəndlərdən Dəvəçi, Sadan, Çarxana, Zağlıcan, Əlixanlı, Siyəzən, Rəhimli, Qaraqaşlı və başqalarını göstərmək olar…

Sonralar Qolovaninin özü də ifadə verərək, Amazaspın 2000 nəfərlik bu «cəza dəstəsi»nin siyasi məqsədlərlə deyil, müsəlman xalqından hansısa intiqam almaq niyyətilə Daşnaksütyun Partiyası tərəfindən göndərilmiş olduğunu bildirmişdir.

Qırğınların başında duran Amazasp demişdi: «Mən erməni xalqının qəhrəmanıyam, siz və türklər tərəfindən öldürülən ermənilərin intiqamını almağa gəldim. Xəzər dənizindən Şahdağa qədər olan bölgədə yaşayan bütün müsəlmanların kökünü kəsmək üçün burdayam…»

Amazaspın dəstəsinə Qubadakı ermənilər də qoşulmuşdu (Arutyun Ayrapetov, Bərbər Cavad, Avakov, Quba şəhər təmsilçisi Əlibəyov və b. şahidlər ifadələrində bu faktı təsdiq etmişdilər).

Rusiya arxivlərinin birində saxlanan sənəddə də Quba-Xaçmaz bölgəsində Hamazaspın başçılığı ilə törədilən dəhşətli vəhşiliklər barədə Novatskinin FİK sədrinə ünvanladığı “Quba və Quba qəzası kəndlərinin dağıdılması və adı çəkilmiş şəhər və kəndlərin sakinləri üzərində edilmiş zorakılıq haqqında” məruzəsi öz əksini tapmışdır.

Qeyd: AMEA İnsan Haqları İnstitutunun direktoru mərhum Rövşən Mustafayevin “Azadlıq” radiosuna verdiyi müsahibədən bəlli olur ki, bir müddət əvvəl, onun rəhbərlik etdiyi İnstitut 1918-1919-cu illərdə Azərbaycanda yəhudilərin erməni quldur dəstələri tərəfindən qətlə yetirilməsinə dair faktları üzə çıxararaq ictimaiyyətə açıqlamışdır. Belə ki, həmin dövrdə Quba yaxınlığındakı Şmi dərəsində dinc yəhudilərə qarşı dəhşətli qətliam həyata keçirilib. “Biz artıq soyqırıma məruz qalan şəxslərin dəqiqləşdirilməsi ilə məşgul oluruq. Azərbaycanın Quba rayonunda və onun ətrafında qətlə yetirilmiş yəhudilərdən artıq 118 nəfərin kimliyi-adı, soyadı, atasının adı müəyyənləşdirilib.”

Onu da qeyd edək ki, rəsmi rəqəmlərə görə, soyqırımda öldürülən yəhudilərin sayı 1200-1300 nəfərdir.

Lakin bu rəqəmlərdə xeyli dəyişiklik olub. Belə ki, Sovet qoşunları tərəfindən Azərbaycanda milli hökumət devrildikdən sonra Azərbaycan SSR-in rəhbərliyində xeyli sayda erməni mənşəli şəxslər təmsil olunduğundan ermənilər arxivlərimizə müdaxilə ediblər:

“Soyqırımı törədənlərdən biri-erməni generalı Sərkisyanın oğlu, çox güman ki, Azərbaycanda dövlət başında olan erməni mənşəli adamların himayəsi ilə bizim arxivə girib. Əlbəttə ki, onun öz atasının qanlı əməllərini təsdiq edən faktları, arxiv sənədlərini götürməsi mümkündür və bizim fikrimizcə, çox böyük ehtimalla bu, belə olub”.

(Ardı var)