Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

633

QARAYAZI HADİSƏLƏ

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

QƏRBİ AZƏRBAYCANLILARIN SOYQIRIMI

Epiqraf yerinə:

XI əsrdə Səlcuq İmperatoru Alp Arslan ordusunun əsir tutuğu bir erməniyə yazığı gələrək onun əl-qolunu açdırır. Bunun əvəzinə həmin erməni dərhal Alp Arslanın üzərinə atılır və

köynəyinin qolunda gizlətdiyi xəncəri onun sinəsinə saplayır.

 

***

Ermənilərin özünəxas xainlik və vəhşiliklərlə dolu tarix yaratması Əmir Teymuru da dərin düşündürmüş və qayğılandırmışdır. Ermənilər barədə o, belə demişdir:

“Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaqlar, yaxud da lənətləyəcəklər”.

Üzərindən 8 əsr ötsə də, hələ də Əmir Teymuru erməniləri bağışladığına görə alqışlayan ictimai fikrə rast gəlmədik. Ancaq bizcə, Əmir Teymur erməniləri sadəcə ona görə yerli-dibli məhv etməyə çalışmamışdı ki, bu məxluqu da Tanrı yaradıb. Hər bir türk, hər bir müsəlman, erməni vəhşiliklərinə tarix üçün müşahidə pəncərələri açan biz-Azərbaycanlı müəlliflər də həmçinin, həmişə erməni millətçilərinə qarşı qanuni tədbirlərlə kifayətlənmişik. Ancaq görünür ki, ermənilərə münasibətdə türklər həm yumşaq qanunlarla davranmış, üstəlik bu yumşaq qanunları belə yetərincə uyqulamamış, bağışladıqları xəyanətin qılıncı sonra özlərini – türkləri, müsəlmanları kəsmiş, ağlar günə qoymuşdur!

ZƏNGƏZUR HADİSƏLƏRİ

Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli yığıncağının qərarına əsasən müsəlmanların qədim şəhəri İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəşt edilməsi   ( 1 )  Azərbaycan tərəfinin sülhlə bağlı gözlədiyi nəticəni vermədi.

Ermənistan Respublikası ilə Osmanlı arasında 1918-ci il 4 iyun tarixli Batum müqaviləsinə əsasən İrəvan quberniyasının üçdə bir hissəsindən azı ermənilərin əlində qalmaqla, yerdə qalanı (Sürməli qəzası, Aleksandropol (Gümrü), Şərur, Eçmiədzin və s. də daxil olmaqla) Osmanlı dövləti tərkibinə keçdi. Ancaq I Dünya Müharibəsində Osmanlı dövlətinin ağır məğlubiyyəti və onun nəticəsində bağlanmış Mudros barışığı (30 oktyabr 1918-ci il) nəticəsində Türk Ordusunun Qafqaz və İrandan çəkilməsi türklərin bu torpaqlarda sahibliyini gerçəkləşdirməyə imkan vermədi. Bu tarixi şəraitdən sui-istifadə edən erməniər “Böyük Ermənistan” yaratmaq niyyəti ilə türk-müsəlman soyqırımını dövlət səviyyəsində davam etdirməyə başladılar. ABŞ tədqiqatçıları Castin və Karolin Makkartilərin hesablamalarını görə, 1918-20-ci illər aralığında İrəvan quberniyasında 180000 müsəlman, yaxud quberniya müsəlmanlarının üçdə ikisindən çoxu ya öldürülmüş, yaxud da didərgin salınmışdı.

Xatırladaq ki, təkcə 1917-ci ilin fevralından 1918-ci ilin martınadək olan dövrdə İrəvan quberniyasında 200 azərbaycanlı kəndi dağıdılmış, 135 min nəfərdən çox soydaşımız isə məhv edilmiş və ya qaçqına çevrilmişdi!

Qeyd edək ki, o zaman İrəvan quberniyası aşağıdakı qəzalardan ibarət idi: 1. Aleksandropol, 2. Eçmiədzin; 3. Sürməli; 4. İrəvan; 5. Yeni Bəyazid; 6. Şərur-Dərələyəz; 7. Naxçıvan. Və İrəvan quberniyasındakı, azərbaycanlılara qarşı etnik təmizləmə-soyqırımı fəaliyyətlərini həyata keçirən silahlı canilərin başında Andranik, Dro, Njde və b. durmuşdu.

Mudros Barışığından sonra, 1918-ci ilin noyabr-dekabr aylarında Türk Ordusunun Qafqazı tərk etməyə məcbur olması erməni millətçilərinin daha da fəallaşmasına, xüsusən də Zəngəzur və Qarabağ üzərinə, qısa müddətli səngimələrlə həmlələr edərək bu bölgə müsəlmanlarına yeni faciələr dövrü yaşatmasına fürsət verdi.

Zəngəzur qəzası dağlıq bölgədə yerləşdiyi üçün əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayil qəzası ilə qismən kəsilmişdi. Azərbaycan kəndləri erməni kəndlərinin arasında qaldığı üçün əlaqələri ancaq erməni kəndlərindən keçməklə baş tuturdu. Onu da bildirək ki, Zəngəzur müsəlmanlarının durumu bir də ona görə ağır idi ki, buradakı erməni kəndlərində mövcud olan silahlı dəstələrdən savayı, bölgəni Andranikin çoxminli nizami ordusu nəzarətdə saxlayır və soydaşlarımızı ucdantutma qırğına məruz qoyurdu.

1918-ci ilin sonlarında Andranikin silahlı dəstələri Zəngəzur qəzasında, habelə, Şuşa və Cəbrayıl qəzasının kəndlərində qırğın və talanları xeyli genişləndirdi. Bu qırğınların miqyasından bölgədəki Birləşmiş Qüvvələrə aid ingilis qoşunlarının komandanı general Tomson da dəhşətə gəlmiş və Andranikə bu məzmunda teleqram göndərmişdi: “Andronikə və ya Şuşa rayonundakı erməni komandanına. Aldığım məlumata görə ermənilər azğınlıq və talanlar törədirlər. Müttəfiqlərin nümayəndəsi kimi mən sizə əmr edirəm ki, bu qanunsuzluqlara birdəfəlik son qoymaq üçün tədbirlər görün və bütün ermənilərə xəbər verin ki, onlar sakitcə öz evlərində qalsınlar. Əgər siz bu əmrləri yerinə yetirməsəniz baş verə biləcək qan tökülməsinə görə şəxsən məsuliyyətə cəlb ediləcəksiniz. Xahiş edirəm bu teleqramı aldığınızı təsdiq edəsiniz. General Tomson”.

1918-ci ilin sonu–1919-cu ilin əvvəllərində ingilis nümayəndələrinin göstərişinə görə, Zəngəzurda baş alıb gedən müdhiş qırğınların dinc yolla qarşısının alınmasına çabalar da göstərildi. Lakin Andranikin dəstələri heç bir razılaşmaya, danışıqlara məhəl qoymurdu. Onun başçılığı ilə yenidən 30-dan artıq Azərbaycan kəndi talan edildi…

Əslində Andranikin və ümumilikdə ermənilərin ingilislər tərəfindən dəstəkləndiyi də açıq-aşkar idi. İngilis mayoru Qibbon Zəngəzur qəzası ərazisində nəzarətin Andranikə verildiyi haqda Tomsonun əmrini yerli azərbaycanlı əhaliyə çatdırmışdı və guya bütün bunlar qırğınların qarşısını almaq üçün ən düzgün addım imiş (? –X.İ.)

Zəngəzur qəza rəisi Məlik Namazəliyevin xatirələrindən də anlaşılır ki, İrəvan quberniyası, Zəngəzur qəzası və Şuşa bölgəsində Andranikin qüvvələri tərəfindən “erməni qaçqınlarını müşaiyət etmək” adı altında bu bölgədəki müsəlman yaşayış məntəqələri “etnik təmizləmə”yə məruz qalır, onların əvəzinə ermənilər yerləşdirilirdi və mayor Qibbon da bütün bu planların içindəydi: “… Mən mayor Qibbonu ikinci dəfə qarşılayıb yola saldıqdan sonra pristavdan məlumat aldım ki, ermənilər Razdar kəndini bütünlüklə məhv etmişlər, əhalinin bir hissəsini də öldürmüşlər. Müsəlmanların böyük dövlətlərin missionerlərinin iştirakı ilə, göz qarşısında vəhşicəsinə öldürülməsi həmişə cəzasız qalmışdır…

 

***

Erməni müəllfi A.A. Lalayan ««Daşnaksütyun» partiyasının əksinqilabi rolu» məqaləsində göstərir ki, “Daşnaksütyun” Ermənistanda hakimiyyətdə olduğu otuz ay müddətində Zaqafqaziyadakı erməni əhalisinin 35%-ni, türk (azərbaycanlı) əhalisinin isə 65%-ni məhv etmişdir.

Tədqiqatçılar müəyyən etmişlər ki, daşnak hakimiyyəti dönəmində tarixi Qərbi Azərbaycanda (indiki Ermənistan) türklərin sayı 77%, kürdlərin sayı 98%, yezidlərin sayı isə 40% azalmışdır…

General Tomsonun ultimatumundan sonra Andranikin Zəngəzur qəzasının erməni və müsəlman əhalisinə gözdən pərdə asmaq niyyətilə müraciəti

Fövqəladə Təhqiqat Komissiyası Zəngəzurda ermənilər tərəfindən dağıdılmış 115 müsəlman kəndində baş verən hadisələri istintaq vasitəsilə müəyyən edərək bildirmişdir ki, məruzə edilən müddətədək həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş; 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır.

Vaqudi kəndində ermənilər 400-dən artıq azərbaycanlının sığındığı məscidə əl qumbaraları ataraq sonra da od vurub içərisindəki müsəlmanlarla birgə bu müqəddəs Allah evini yandırmışlar.

Başqa bir mənbədə bu haqda deyilir: Zəngəzurlulardan 400 nəfəri qaçıb məsciddə Allaha sığınanda Andranikin cəlladları bu müsəlmanları da diri-diri yandırmaqdan həzz almışdır…

İmişli kəndinə basqın edərək yağmaladıqdan sonra, südəmər uşaqları süngülərə taxaraq göyə qaldırmış, öldürülənlərin meyitlərini tikə-tikə doğramışdılar. Vaqudi kəndindən qaçmaq istəyən uşaq və qadınların isə başlarını qılınc və xəncərlə üzmüş… və insanlıq tarixində, heç bir müharibələrdə belə rastlanmayan bir çox başqa vəhşilik “nümunə”ləri icad etmişlər.

Zəngəzur faciələri ilə bağlı arxivlərdə saxlanılan digər çoxsaylı sənədlər sırasında Kərçivan kəndində yüz nəfərdən artıq müsəlmanın toplanaraq öldürülməsi haqda qəza rəisi Tairovun Ordubaddan General-Qubernatora göndərdiyi 11 saylı 6-1-1920-ci il tarixli teleqramı, Böyük Vedidən A.Şadlinskinin Taxməkanlı kəndində 37 nəfər müsəlmanın öldürülməsi haqda General-Qubernatora ünvanladığı 147 saylı 7-1-1920-ci il tarix li teleqramı, Şuşadan Bakıya XİN-nə  göndərilən, daxilolma sayı 301, 21-1-1920-ci il tarixli yanvarın 19-da erməni nizami qüvvələrinin artilleriya bölmələri tərəfindən  Əli Kumuşaq, Eyvarlı, Şamauz, Şurpuxa, Morza, Novla, Tarlı, Ain (bu adların ruscadan çevrildiyini nəzərə almaq gərəkdir –X.İ.) kəndlərinin tamamilə darmadağın edilməsi, əhalinin köməksiz qalması, çıxılmaz vəziyyətə düşməsi, üstəlik İran yönündən də İran ermənilərinin hücum təhlükəsi olduğunu bildirən Məmməd Həsən Xocayunski, Faruz bəy Sərməstbəyov, Abasbəy Mirzəyev, Bəhram bəy Cavanşir və İsmayıl Muxtarovun imzası ilə göndərilmiş teleqramı, Cəbrayıldan məktəb baxıcısı Axundovun Bakıya, Parlamentə ünvanladığı Mcaqandan (başqa sənədlərdə: Xocalan; əslində: Xocahan –X.İ.) Qaladərəsinədək 6 kəndin darmadağın edildiyi, 9 kəndin yandırıldığı, ermənilərin qadınlara və uşaqlara da rəhm etmədən öldürdükləri barədə 151 saylı 22-1-1920-ci il tarixli teleqramı, həmin hadisələrlə bağlı Cəbrayıl qəzasının 3 (yəqin ki 3-cü –X.İ.) sahəsinin əhalisinin və pristavının ayrı-ayrılıqda Parlamentə yolladıqları 160 saylı 23-1-1920-ci il tarixli və 140 saylı 21-1-1920-ci il tarixli teleqramları, Parlament üzvü Cəlil Sultanovun Koryagindən Azərbaycan Parlamentin Sədrinə, Nazirlər Şurasının Sədrinə, “Müsavat”, “İttihad”, “Sosialistlər” Parlament  fraksiyalarının sədrlərinə, “Azərbaycan” qəzetinə, Parlament üzvü Mirzə Sadıq Axundova ünvanladığı Xocalan və Qaladərəsi arasında 15 kəndin məhv edildiyi haqda 257 saylı 23-1-1920-ci il tarixli teleqramı, Azərbaycan Xarici İşlər Nazirinin Ermənistan Xarici İşlər Nazirininə göndərdiyi 301 saylı, 22 yanvar 1920-ci il tarixli məktubu və s. sənədləri nümunə göstərmək olar.

Zəngəzur qəzasının kəndlərində vəhşiliklə törədilmiş qətllərin, dağıdılmış evlərin hesabatı Zəngəzur qaçqınları haqqında FİK-in 25 fevral–9 mart 1919-cu il aralığında şahidlərin dindirilməsi ilə tərtib etdiyi protokollarda da öz əksini tapır.

1920-ci ilə dair də Zəngəzurun müsəlman kəndləri üzrə qətliam haqda statistika aparılaraq olaylar sənədləşdirilmişdir…

(Ardı var)