Ermənilərin məşhur ziyarətgahında asılmış kişi meyiti aşkarlanıb

387

Yerevanda Susernakaberd kompleksinin parkında bir kişi meyiti aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

İlkin məlumata görə, o, özünü asıb. 35 yaşlı Vanadzor sakini Vladimir A.-nın üzərindən qeyd tapılıb. O, həmin qeyd yazısında bildirib ki, ölümündə heç kimi günahlandırmasınlar.

Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

Qeyd edək ki, Susernakaberd ermənilərin saxta tarixi ilə bağlı xatirə kompleksidir.