Ermənilərin “doğum evi” yalanı ifşa edildi – VİDEO

108

Ermənilərin artıq neçə gündür bütün dünyaya car çəkdikləri guya Xankəndindəki doğum evinin vurulması və nəticədə kimlərinsə ölməsi, xəsarət almasına dair məlumatın saxta olduğu elə özlərinin yaydıqları videolarla təsdiqlənir.

“AzPolitika.info” xəbər verir ki, “Sputnik Armeniya” Xankəndindəki xəstəxananın yaralı erməni hərbçilərini qəbul etməsinə dair ağlaşma videosu yayımlayıb.

“Sputnik Armeniya” bu videonun guya doğum evinin bombalanmasını əks etdirdiyini bildirib. Ancaq göründüyü kimi, kadrlardakı ünsürlər qətiyyən doğuşa hazırlaşan erməni qadınlarına bənzəmirlər. Ya da ola bilsin ki, zənnimiz bizi aldadır və bunları xəstəxanaya doğrudan da doğmağa gətiriblər…

Videodan görünür ki, artileriya zərbəsi yaralı erməniləri qəbul edən xəstəxanaya endirilməyib. Çünki partlayış səslərindən sonra tibb personalı qaçıb zirzəmidə gizlənsə də, xəstəxana fəaliyyətini davam etdirib.

Deməli, mərmilər legitim hərbi hədəflərə və onların həndəvərinə tuş gəlib ki, bunların arasında ermənilərin “doğum evi” adlandırdıqları boş, təmirə bağlanan bina da olub.

Videoda əks olunan xəstəxananın isə ermənilərin yalanlarına rəğmən doğum evinə heç bir aidiyyatı yoxdur.

Cəlal

AzPolitika.info