Ermənilərin Dağıstan üzərindən Azərbaycan hədəfləri

255

Hərb meydanında və sülh masasında məğlub olan ermənilər ölkəmizə qarşı öz çirkin niyyətini davam etdirmək üçün bütün mümkün yollara əl atırlar…

Son bir neçə ayda Ermənistan xüsusi xidmət orqanları Azərbaycana qarşı etnik bölücülük siyasətini ictimailəşdirmək və bunun ardınca sosiallaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirib. Özəlliklə də ləzgi xalqının nümayəndələrini bu prosesə cəlb etməklə dəhşətli ssenarilər planlayıb. Bu yöndə fəallığı ilə seçilən Şahlar Ağaxanov adlı birisi demək olar ki, hər həftə Moskvadan İrəvana uçaraq, konfranslar keçirir və yerli KİV-lərə səxavətlə açıqlamalarda bulunur. Bununla yanaşı, “Rusiya Federal Ləzgi Milli Mədəni Muxtariyyatı Mərkəzi” və digər təşkilatlar da fəallaşıblar.

Şahlar Ağaxanovun “Arsax” sevgisi

İxtisasca həkim olan bu zat İrəvan üzərindən idarə olunan “Ləzgistan Tv” kanalına hər həftə açıüqlamalr verərək qeyd edir ki, guya tarixi “Ləzgistan” ərazilərinin 80 faizi Azərbaycan Respublikası tərəfindən işğal olnub. Əvvəla bütün Avropa, eləcə də Şərq qaynaqlarında “Ləzgistan” adlı regionun adı heç zaman işlədilməyib. İkincisi də bu ifadə son illərdə İrəvandakı antitürk mərkləzlər tərəfindən ifadə olunmaqdadır.
Ermənilər sayağı Şahlar Ağaxanov bütün çıxışlarında bildirir ki, guya Azərbaycanda “təqib olunan xalqlar” var və onları mümkün qədər dövlət siyasətinin tərkib hissəsi olaraq zorakılıqla assimliasiyaya məruz qoyurlar. Ona görə də biz bunun üçün savaş açmışıq: “Əgər Arsax üzərində Azərbaycan qəti qələbə çalsa, biz milli azlıqlar demək olar ki, tamamilə məhv ediləcəyik. Ona görə də, hər bir ləzginin milli borcu Arsaxın müdafiəsinə qalxmaqdır. Hətta onun yolunda müqəddəs savaşa qatılmalıdır”, – deyir.
Onu da qeyd edək ki, psixatr-narkoloq mütəxəssisi kimi tanınan Şahlar Ağaxanov həm də Qafqaz İrsini Öyrənmə Mərkəzi “Alpan” təşkilatının sədridir. Bundan əlavə o,  Moskvada iki şirkət sahibi kimi də tanınır. Özünü “ictimai xadim” adlandıran bu zat nə həkim, nə də biznesmen kimi o qədər də tanınmamışdır. Ancaq, demaqoq kimi misli-bərabəri yoxdur.

“RFLMMM”-nin açıq və gizli nifrəti

Əslən Azərbaycanın Oğuz rayonundan olan və uzun illərdir Moskvada yaşayan Akif Kərimov bu gün RFLMMM (Rusiya Federal Ləzgi Milli Mədəniyyəti Mərkəzi) sərdidir.
Məhz onun rəhbərliyi altında Azərbaycan Respublikasına qarşı etnik bölücülük kimi  siyasi oyunlar oynanılır. Son 3-4 ildə BMT yanında  “BMT-də Təmsil Olunmayan Xalqların Assambleyası”na üzv olduqdan sonra, bu qurumun səlahiyyətlərindən istifadə edərək BMT və Avropa Birliyi kimi ciddi beynəlxalq qurumlarda “bölünmüş xalqlar projesi” adına boşboğazlıqlar edərək Azərbaycan Respublikasının “aparteid” siyasət yürtdüyünü deməkdən heç də yorulmayıb. Onun çıxışlarının başqa bir tərəfi isə ölkəmizə qarşı etnik separatizm siyasəti yürüdən və Hollandiyada təsis olunan  mühacirətdəki “TMMH” (Talış-Muğan Muxtariyyatı Hökuməti) “prezidenti” Əlikram Hümbətovun ideyalarını dünyanın yüksək tribunalarından dilə gətirməkdir. O da bəllidir ki, bütün bunlar İrəvandakı xüsusi xidmət orqanları tərəfindən idarə olunan ssenarinin görünən tərəfləridir. Bu faktı isbat etməyə o qədər də dərin zəka tələb olunmur. Çünki Ermənistan tərəfindən ildə bir neçə dəfə düzənlənən konfranslarda bütün bunlar açıq şəkildə ifadə olunur. Əlikram Hümbətov və onun emissarlarının, Şahlar Ağaxanovun həmin konfranslardakı çıxışların mətni buna sübutdur. RLMMM sədri Akif Kərimov Rusiyanın müxtəlif bölgələrində ləzgi icmaları ilə görüşərək bu ssenarini davamlı şəkildə dilə gətirir. Onun Dərbənd mərkəz olmaqla “Ləzgistan Respublikası”nı qurmaq xəyalının ardına düşənlər bu quruma hər ay qazanclarının yarısını ödəyirlər. Eynilə ermənilər kimi.

2013-cü ilin Dərbənd həyəcanı

Həmin il 29 iyun tarixində Dərbənd şəhərində Dağıstanın Süleyman Stalski, Axtı, Məhərrəmkənd, Qasımkənd, Dağıstan Odları, Kurax, Xiv, Doqquzpara, Tabasaran, Rutul və digər rayonlardan gətirilən muzdluların sayəsində RLMMM adından genişmiqyaslı tədbir keçirildi. Bu mitinqdə Akif Kərimov, Amil Sərkərov, Ruslan Qurbanov, Ənvər Kisriev, Şıxməhəmməd Mürsəlov, Məmməd Abbasov, Zaurbek Tiqoev kimiləri özlərini ləzgi xalqının liderləri statusu ilə Azərbaycan dövlətinə qarşı çıxışlar etdilər. Bu tədbirdə indi məhkəmədə cinayətləri təsdiq olunan və Ermənistan xüsusi xidmət orqanlarının planları əsasında ideoloji təxribatlar siyasəti yürüdən Fəxrəddin Abbasov (Əboszadə) və Qafqaz xalqlarına qarşı Rusiyanın cəllad statusu ilə hərəkət etməsinin təməlini qoymuş Denqi Xalidov, Kamil Landa və başqaları saxta vətənpərvərlik mövzusu adı altında Azərbaycan dövlətinə qarşı düşmənçilik toxumlarını səpdiklərindən məmnun qaldıqlarını nümayiş etdirdilər. “Vətən satılmır” şüarı ilə keçirilən bu mitinqdə əslində şəhər meriyasının qərarını ləğv etmək kimi hədəflər dururdu. Halbuki, Azərbaycan tərəfi qədim Dərbənd şəhərinin 2500 illik tarixi münasibətilə prezident İlham Əliyev tərəfindən 20 milyon manat vəsait ayırmışdı. Bu vəsaitlə şəhər başdan-başa tamamilə abadlaşdırılmalı, Nizami Gəncəvi Parkı yenidən qurulmalı, bir orta məktəb inşa edilməli, yerli karxanaların sayəsində daş plitələr emalı zavodu tikilməli və bir olimpiya stadunu inşa edilməli idi. Ona görə ki, şəhərdə 40 ildən çoxdur abadlıq işləri görülməyib. Əslində bu qədim şəhər nəhəng zibilxananı xatırladırdı. Şəhər meriyası bunun qarşılığında mərkəzi küçələrdən birinə görkəmli dövlət xadimi, mərhum prezident Heydər Əliyevin adını vermək barəsində qərar vermişdi. Sadəcə Azərbaycan Respublikasına minnətdarlıq əlaməti olaraq.
Həmin gün mitinqdəki çıxışlardan sonra, az qala xalqlararası silahlı münaqişələr yarana bilərdi. Dağıstan Daxili İşlər Nazirliyinin çevikliyi ucbatından qanlı olaylar baş tutmadı. Fitnəkarlar isə, mitinqdən sonra qaçıb getmişdilər.

Regional ərazi iddialarının bulanıq suyu

Ermənistan özünün bir dövlət olaraq defolt durumuna düşəcəyi və bunun sonucunda ləğv olunacağı təhlükəsini hər an öz çiyinlərində hiss edir. Ona görə də, prosesləri ləngitmək üçün Qafqazda türk kökənli olmayan toplumları bizlərə qarşı körükləyir. Gürcüstanın “Keşikçi Dağ”, Dağıstanın “Ləzgistan” və “Avarstan”, İranın “Talışstan” tipli bölücülük hərəkatı adı altında ərazi iddialarının sonucu olaraq, Azərbaycanın param-parça olunması hədəflərini ortaya qoyubdur. Bütün bunlar azmış kimi, 1917-1918-ci illərdə elan edilən “Bakinskaya Respublika” və ya “Şirvan Tat Respublikası” ideyaları da buradan qaynaqlanır. İndiki məqamda “RFLMMM” və digər ləzgi ictimai təşkilatları adından bildirirlər ki, guya Azərbaycan Respublikası Dağıstanla sınırda 2.5 min hektar otlaq sahələrini mənimsəyərək ləzgiləri torpaqsız qoyubdur. Bundan əlavə, Samur çayının suyu Azərbaycana axır və bundan fayda götürür. Ona görə də sınırların demakrkasiyası iddiasını önə sürürlər. Əvvəla Dağıstanla sınır bölgəsində yaşayan əhalinin çoxu elə ləzgi xalqına vətəndaşlardır və həmin otlaq sahələrindən onlar faydalanırlar. Dəvəçi-Samur Kanalına axan Samur çayının suyundan Qusar, Xaçmaz, Quba, Şabran və Siyəzən rayonlarının əhalisi daha çox istifadə edirlər. Bu da həmin bölgədə kənd təsərrüfatının inkişafına böyük dəstəkdir. Dağıstanda Samur meşələrini bəhanə edərək guya su probleminin olması iddiası isə tamamilə yalandır. Hətta o da iddia olunur ki, Dərbənd şəhəri yetərincə su ilə təchiz olunmur. Halbuki, bölgənin içməli su ehtiyatları yetərincədir və kimsəyə problem yaratmır. Dərbəndin Rusiyanın Azərbaycanla sınırında forposta çevrilməsində təəccüblü heç nə yoxdur. Ona görə ki, iki qonşu dövlət arasında nə qədər münasibətlərin səmimi olması faktı tarixən bəllidir. Dərbənddə azərbaycanlıların yaşaması, onlara məxsus tarixi, mədəni və digər abidələrin olması həqiqətdir. Bu qədim şəhəri bəsit şəkildə İran yönlü “sasanilik” mirası kimi təlqin etmək isə, əsil cinayətdir. Çünki, Dərbənd və onun ətrafı qədim türk arxeologiyası və etnoqrafiyası ilə daha çox zəngindir.  Dərbənddə hər gün Azərbaycana qarşı nifrət yağdıranlar indiyə kimi burada daş üstünə daş qoymayıblar. Problem də budur.

Ermənisayağı demaqoqiya

“RFLMMM” və onun yedəyində gedən ictimai qurumlar ermənilər kimi deyingəlinlik edərək Azərbaycana qarşı provakativ niyyətlərindən əl çəkmirlər. Guya ölkəmizdə rutul, ləzgi, saxur, udin, qrız, budux, xınalıq, avar və digər xalqların hüquqları hər addımda pozulur. Guya Azərbaycanda ləzgi dilində qəzet və jurnallar dərc olunmur.
Ayda bir dəfə dərc olunan “Samur” qəzeti və “Alem” jurnalını görmürlərmi? “Ləzgi Dövlət Teatrı”nı unudublarmı? “Suvar” Rəqs Ansamblının varlığından xəbərləri yoxdurmu? Ləzgi dilində dərc olunan dərslik kitablarını oxumayıblarsa, dövlətimizin nə suçu? Azərbaycan Dövlət Radiosu və İctimai TV kanallarında gündəlik ləzgi dilində yayınlanan proqramları dinləmirsinizsə, bu öz suçunuzdur. Sevgili Rusiyada bütün bunlardan məhrumsunuz. İmkanlı ləzgi işadamları və məmurların gecə-gündüz qapılarını döyərək onlardan pul dilənənlər də sizlərsiniz. Sonra parazitcəsinə həmin pulları öz məqsədlərinizə yönəldən də sizlərsiniz. İrəvandakı xüsusi xidmət orqanları tərəfindın ayrılan qrant layihələri əsasında bizlərə qarşı nifərtlər yağdırmağın heç bir mənası yoxdur. Bütün bunları görür və hər zaman susmuşuq. Ancaq, ermənisayağı demaqoqiya məsələsində sizlərlə razı deyilik. Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq simvolu olan görkəmli şair, bəstəçi və  dramaturq mərhum Asəf Mehmanın və böyük şair Kələntər Kələntərlinin ruhundan utanın. Onların ikisi də milliyyətcə ləzgi idilər. Ancaq heç zaman özlərini Azərbaycan adlı dünyadan təcrid etmədilər. Dağıstanda necə sevilirdilərsə, ölkəmizdə sevginin nə demək olduğunu çoxları onlardan öyrəndilər. Özü də əfəndicəsinə.

Ənvər BÖRÜSOY 

P.S. Proseslər onu göstərir ki, hərb meydanında və sülh masasında məğlub olan ermənilər ölkəmizə qarşı öz çirkin niyyətlərini davam etdirmək üçün bütün mümkün yollara əl atırlar…