“Ermənilərin azərbaycanlı soydaşlarımıza qarşı törətdikləri təxribatlar” adlı video konfrans keçirilib

102

5 avqust 2020-ci il tarixində “Dünya Azərbaycanlılarının Assambleyası”, “Azərbaycan Gənclik Platforması” və “Premium Academy”-nin birgə təşkilatçılığı ilə “Ermənilərin azərbaycanlı soydaşlarımıza qarşı törətdikləri təxribatlar” adlı video konfrans keçirilib. Bu barədə Hurriyyet.org-a Dünya Azərbycanlıları Assambleyasından bildirilib.

Konrfransa  40-dan çox gənc qatılıb. Video konfransda xaricdə yaşayan gənclər və xarici tələbələr iştirak edib.

“Premium Academy”nın direktoru Eyubov Məhərrəm bildirib ki, “Qarabağ bizim sağalmaz yaramızdır. Harada olmağımızdan asılı olmayaraq Vətəni sevmək lazımdır. İnsan valideynsiz yaşaya bilər, Vətənsiz əsla. Vətənə sevgi canda, qanda olmalıdır”.

Daha sonra sonra söz Dünya Azərbaycanlıları Assambleyasının  İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elşən Yəhyayevə verib. O, bildirib ki, “Biz bir təşkilat olaraq erməni təxribatlarıyla bağlı bəyanat verdik. Hər kəsə məlumdur ki, xaricdə yaşayan azərbaycanlı gənclərimiz erməni təxribatçılarının hücumlarına məruz qalıb. Soydaşlarımızdan bəziləri yaralanmışdı. Hətta diplomatlarımızın ailələri belə erməni təxribatçılarının hücumlarına məruz qalıb. Bizdə DAA olaraq diplomatlarımızın təhlükəsizliyinin qorunması üçün çağırış edirik”.

Tədbirin moderatoru sözü Azərbaycan Gənclik Platformasının  rəhbəri, “AYAP” lahiyəsinin koordinatoru, Bakı Avrasiya Fondunun əməkdaşı Fariz Vəliyevə verib. Fariz bəy hər kəsi salamlayaraq, sözə başlayıb və xaricdə yaşayan azərbaycanlı tələbələrin xaricdəki fəaliyyətindən bəhs edib. O, bildirib ki, “Biz hər zaman erməni təxribatçılarına qarşı tərəfimizi bildirmişik. Azərbaycanın son illərdəki diaspora fəalliyəti olduqca ürək açandır. Bir neçə il öncə bu fəaliyyət demək olar ki, elə də ürək açan deyildi. “Aprel döyüşləri” və “Tovuz döyüşləri” arasında  fərq xeyli yüksəkdir.Tovuz döyüşlərində bir çox dezinformasiyalar yarandı. Biz gənclər olaraq bu dezinformasiyaların qarşısını yetərincə almışıq”.

Son olaraq iştirakçıların fikirləri dinlənilib və sualları cavablandırılıb.

Hurriyyet.org