Ermənilərin atdığı top mərmisinin Tərtər prokurorluğun yaxınlığına düşməsi nəticəsində müstəntiq yaralanıb

11

Ermənistan Silahlı Qüvvələrinin atdığı top mərmisinin Tərtər rayon Prokurorluğun yaxınlığına düşməsi nəticəsində müstəntiq yaralanıb.

APA-nın məlumatına görə, bunu Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, 1989-cu il təvəllüdlü müstəntiq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.