Ermənilərin 60 yaşlı “rezervisti” öldürüldü – İtkilərin siyahısında qocaların sayı artır

66

Ermənilərin canlı qüvvə sarıdan böyük çətinliklər yaşadığı növbəti dəfə təsdiqini tapır.

“AzPolitika.info” xəbər verir ki, bu gün Ermənistan tərəfinin yaydığı Qarbağdakı döyüşlərdə həlak olanların siyahısında yaşı 60-ı haqlamış ermənilərin adı var.

Hər zaman itkilərini gizlətməyə çalışan erməni hərbi rəhbərliyi oktyabrın 23-ü üçün cəmi 27 nəfərin adını açıqlayıb. Maraqlıdır ki, bu dəfə siyahıda əsas etibarilə “rezervistlər” yer alıb. Onların arasında 1961-ci və 1962-ci il təvəllüdlüləri də var.

Siyahıda adı olmayan, lakin erməni sosial şəbəkə istifadəçilərinin şəklini paylaşdıqları yaşlı terrorçulardan biri isə 60 yaşlı David Matevosyandır. Qızının yaydığı məlumata görə, Birinci Qarabağ müharibəsində əli azərbaycanlıların qanına batmış D.Matevosyan oktyabrın 23-də Qarabağda cəhənnəmə vasil edilib. Xatırladaq ki, Matevosyan vaxtilə Ermənistan parlamentinin deputatı və Levon Ter-Petrosyanın seçki qərargahının rəhbərlərindən biri olub.