Erməniləri vahiməyə salan “Harop” haqda nə bilirik?

129

1000 km məsafə qət edə bilən bu “canlı sursat” Rusiyanın “S-300″ hava hücumundan müdafiə sistemlərini də məhv etməyə qadirdir…

Öz torpaqlarını erməni işğalından azad etmək uğrunda savaşan Azərbaycan ordusunun istifadə etdiyi silahlar yenidən dünya mətbuatının gündəmindədir. Xüsusilə ordumuzun arsenalında olan “Harop” pilotsuz uçan aparatlar düşmənə ağır zərbələr vurulmasına imkan yaradır.

Hərəkətdə olan və ya dayanan hədəflərin böyük dəqiqliklə nişan alınması və tam məhv edilməsi qabiliyyəti ilə dünyada ilk yerdə olan bu aparatlar erməni quldurlarını vahiməyə salmaqdadır. İsrailin həm də dövlət olaraq Azərbaycanı dəstəkləməsindən sonra Ermənistan rəhbərliyi əlacı öz səfirini bu ölkədən çağırmaqda görüb.

Bəs nədir erməni quldurlarını aciz qoyan bu İsrail silahı? “Harop” İsrail Aerokosmos Sənayesi (Israel Aerospace Industries) qurumunun aerokosmos diviziyası tərəfindən hazırlanan Pilotsuz Uçan Aparatdır. Ona daha çox gəzən sursat deyilir. Bu aparat anti-radiasiya kateqoriyalı drondur – hədəfin, əsasən radarların yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəflərə vurur. Əlavə olaraq əsas döyüş başlığı daşımaqdansa, bu dronun özü bütövlükdə döyüş başlığı sayılır. Hədəfi özünü hədəfə vurmaqla məhv edir. Dron həm avtonom olaraq özünün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır.

Dron dizayn olunarkən radar ölçüsünün – RCS-nin (Radar Cross Section – düşmən radarında görünmə dərəcəsi) kiçik olması nəzərdə saxlanılıb. Bu cür kiçik dronlar düşmənin əsas Hava Hücumundan Müdafiə sistemlərinə demək olar ki görünməz olduqlarlarına görə (kiçik RCS-ləri olduğuna görə) onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər: Beləliklə, düşmənin radar bazalarını, Hava Hücumundan Müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər dost təyyarələr düşmən Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar.

IAI Harop havada 6 saat qala bilər və maksimal uçuş məsafəsi 1000 kilometrdir. “Harop” özünün əvvəlki versiyası sayılan IAI “Harpy”nin daha böyük versiyasıdır. Aparat yerüstü baza və dənizdən buraxıla bilməklə yanaşı, lazım olarsa havadan buraxılmaq üçün də modifikasiya edilə bilər. “Harop”un iki növ idarəetmə üsulu var: Avtonom və ya bazadan idarəedilmə. “Harop” avtonom rejimdə özünün radar tapma sensorları vasitəsilə düşmən radarlarının yaydığı siqnallara kilidlənə bilir. Bununla yanaşı, o, baza tərəfindən elektro-optik sensorları vasitəsilə hərəkətdə və yaxud da sabit vəziyyətdə olan hədəfə yönəldilə bilər.

Datei:IAI Harop.jpg – Wikipedia

Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən “Harop”lardan məhz bu üsulla istifadə edilmişdi. Nəticədə bir çox hədəf dəqiqliklə məhv edilmişdi. Bunlara Ermənistandan Qarabağ zonasına göndərilən könüllü, birinci Qarabağ müharibəsi veteranlarını daşıyan avtobus da daxildir. Həmin avtobusda olan 5 hərbçi yerindəcə öldü, 2-si isə sonradan xəstəxanada keçindi.

Silahın əsas üstünlüklərindən biri də budur ki, düşmən “Harop” hücumunu aşkarlayıb radarın siqnal yaymaması üçün söndürsə belə, “Harop”un elektro-optik sensorlarının sayəsində o hədəfi vizual olaraq izləyir və vurur. Əgər hədəf müəyyən olunmazsa “Harop” avtonom olaraq bazaya qayıdır. HHM qüvvələri əsasən nisbətən iri hədəflərə – Döyüş təyyarələrinə və idarəolunmaz raketlərə qarşı hesablandığına görə bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkirlər.

IAI daha kiçikölçülü əməliyyatlar üçün 2015-ci ildə “Harop”un daha kiçik versiyasını hazırlayıb. Təqribi məlumata görə, yeni kiçik dron “Harop”un 1/5 həcmində olacaq və daha kiçik – 3-4 kiloqramlıq əsas döyüş başlığı daşıyacaq. Bu dron daha ucuz olmaqla yanaşı tez-tez itən hədəflərə qarşı və zaman məhdudiyyətli əməliyyatlarda istifadəsi nəzərdə tutulur.

“Harop” ilk dəfə açıq ictimaiyyətə Hindistanda keçirilən “Aero India 2009″ şousunda göstərilib. Və ilk dəfə hərbi əməliyyatlara ”4 günlük müharibə” zamanı Azərbaycan tərəfindən istifadə olunmaqla girib.

Azerbaijan Looking to Purchase Additional Loitering Munitions from Israel -  European Security & Defence

Onu da qeyd edək ki, bu hadisə dünya hərb tarixində ilk dəfə “gəzən sursatdan” istifadə kimi düşdü. Bu döyüşlərdə “Harop”la endirilən bütün zərbələr uğurlu alındı. Hazırda Azərbaycan ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisidir.

Uzunluğu 2.5 metr, qanad ölçüsü 3 metr, sürəti saatda 185 km, havada qalma müddəti 6 saat, döyüş başlığının kütləsi 23 kq olan “Harop” həm də Rusiyanın hava hücumundan müdafiə sistemlərini məhv etmək gücündədir. Bir neçə yer-torpaq tipli raketlə təchiz olunmuş aparat “S-300″ və hətta bəzi iddialara görə, ”S-400″ komplekslərini də məhv etmək gücündədir. Bir neçə saat havada “gizləndikdən” sonra “Harop” sanki yuxuya gedir və yerüstü hava hücumundan müdafiə sistemi hərəkətə başlayan kimi onu məhv edir. Bu aparat hətta söndürülmüş vəziyyətdə olan radarları belə tapmağa qadirdir.

Beləliklə, 1000 km məsafə qət etməyə qadir olan “Harop” Azərbaycana Ermənistan ərazisində olan istənilən hədəfi rahatlıqla vurmaq imkanı yaradır…

DÜNYA,
“Yeni Müsavat”