Erməniləri öz tarixçiləri və müəllimləri məhv edir – FAKT

69

“Tarix boyu ermənilər bütün işlərini yalan üzərində qurub. Əsası olmayan tarix yazıblar, özlərini həmin tarixə inandırmağa çalışıblar. Biz hər an bunun şahidi olmuşuq. Özü də bu yalanları əhaliyə çatdırmaqda böyük rolu müəllimlər oyanır”.

Bunu Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü erməni tarixçilərinin uydurmaları və o yalanları erməni şagirdlərə doğru kimi tədris edən erməni müəllimlərdən danışarkən deyib.

 

Müsahibimiz deyir ki, erməni tarixçilər 2020-ci il sentyabrdan bu günə kimi baş verən hadisələri heç olmasa düzgün yazsınlar:

“Yazsınlar ki, Azərbaycan torpaqlarını işğal etmişdik. İndi Azərbaycan əsgəri öz torpağını azad edir. Ermənilər onlara aid olmayan yerlərdə məhv edilir. Yoxsa erməni tarixçilərinin yalanları erməniləri tam məhvə aparacaq. Ermənilər bilməlidirlər ki, tarixçiləri və müəllimləri onların düşmənləridir. Bunu dərk eləməsələr məhv olacaqlar”.

modern.az