Ermənilər yenə dinc sakinləri hədəfə aldı

66

Füzuli və Tərtər atəşə tutulub, yaralılar var

Füzuli rayonunun Arayatılı kəndinə mərmilər düşüb, evlərdən biri yanıb, bir neçə fərdi evlərə, həmçinin yaxınlıqdakı məktəbə ciddi zərər dəyib.

“Report”un cəbhə bölgəsinə ezam olunmuş əmakdaşının məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı kəndlərə nəvbəti dəfə mərmilər atılıb.

Nəticədə bir evdə dağıntı və yanğın olub, bir evin həyətinə düşən top mərmisinin qəlpələri evə ziyan vurub.

Bundan başqa, kənd tam orta məktəbinin idman meydançasına düşən mərmi məktəbin pəncərələrinə və divarlarına ziyan vurub.

Tərtərdə 2 mülki şəxs yaralanıb

Düşmənin atdığı top mərmilərindən bir neçəsi isə Tərtər rayonunun mərkəzi küçəsinə və Tərət Rayon Prokurorluğunun qarşısına düşüb. Nəticədə Tərtər sakini, 1982-ci il təvəllüdlü Elçin Məmmədov və Sumqayıt şəhər sakini Ozal Həsənov yaralanıb.