Ermənilər unitazları da söküb apardılar – VİDEO

201

Noyabrın 15-nə kimi Kəlbəcəri tərk etməli olan ermənilər köçərkən aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər.

Modern.az-ın məlumatına görə, bunu “BBC”nin hazırladığı reportajda da görmək mümkündür. Belə ki, videoreportajda düşmənin pəncərə çərçivələrini, unitazları belə apardığı görünür.

Materialda ermənilər həmçinin yaşadıqları evlərdə azərbaycanlıların yaşamaması üçün yanğınlar törətdiklərini etiraf ediblər.