Ermənilər Ukrayna səfirliyinə hücum etdi – VİDEO

13

Ukraynanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

“Sputnik.am”a xəbər verir ki, etirazlara səbəb Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı verdiyi açıqlama olub.

Etiraz aksiyası bir neçə dəqiqə davam edib.

Qeyd edək ki, Ukrayna Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı verdiyi açıqlamada bildirib ki, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır. News24

 YOUTUBE