Ermənilər Tovuz istiqamətində kəndləri atəşə tutur- PUA-ların qisasını almağa cəhd edirlər

93

Son bir neçə gündür ermənilər Tovuz rayonu istiqamətində cəbhə boyu kəndləri və hərbi mövqelərimizi atəşə tuturlar.

Musavat.com xəbər verir ki, erməni təxribatları əsasən də rayonun Ağdam və Əlibəyli kəndləri istiqamətində daha çox müşahidə edilir.

“Bozqurd” batalyonunun komandiri Etibar Əmiraslanov ermənilərin sonra günlərdə fəallaşmasının səbəbini Musavat.com-a açıqlayıb.

Komandir bildirib ki, ordumuzun ermənilərə məxsus pilotsuz uçuş aparatlarını məhv etməsi düşməni hiddətləndirir.

570944_j37ipvo1cj.jpg (14 KB)

“Başqa cür qisas ala bilmirlər. Buna görə də kəndləri atəşə tuturlar. Həmçinin axşam saatlarında hərbi mövqelərimizə də atəş açırlar”,- deyə E.Əmiraslanov qeyd edib.

Ötən ayın 12-dən Tovuz istiqamətində ermənilərin təxribatı nəticəsində başlayan döyüşlərdə yaralanan əsgər və zabitlərimizin son vəziyyəti haqda danışan Etibar Əmiraslanov bildirib ki, onlardan bir neçəsi artıq hərbi hospitaldan buraxılıb.

“Bir neçə hərbçimizin də müalicəsi davam edir. Bildiyim qədər onlar arasında səhhətində ciddi problemi olan yoxdur”,- deyə E.Əmiraslanov söyləyib.

Xatırladaq ki, iyulun 12-də ermənilər Tovuz rayonu istiqamətində təxribata törədib. Mövqelərimizin atəşə tutulması nəticəsində biri general olmaqla 11 hərbçimiz şəhid olub. Ermənilərin mülki şəxslərin atəşə tutması nəticəsində bir nəfər də dünyasını dəyişib.

İlkin Muradov
Musavat.com