Ermənilər təzminata görə “artsax” utopiyasından əl çəkə bilərmi – iqtisadçıdan maraqlı təklif

204

Natiq Cəfərli: “Nəticəsindən asılı olmayaraq, kompensasiya ”Domokl qılıncı” kimi həmişə Ermənistanın başı üzərində olmalıdır, köçkünlər də ayrı-ayrılıqda Avropa Məhkəməsinə müraciət edə bilərlər”

Ermənistana təzminat davası açılacaq. BMT-nin hələ 2000-ci ildə yaydığı hesabatına görə, bu müddətədək Azərbaycana 53,5 milyard dollar həcmində zərər dəyib. “Yeni Müsavat” bildirir ki, söhbət yalnız 7 il ərzində ölkəmizə dəymiş zərərdən gedirdi.

Torpaqlarımızın işğaldan azad olunduğu 2020-ci ilə qədər olacaq hesablamalarda, deməli, bu itkilərimizin miqyası daha böyük olacaq.

Dünya təcrübəsində həm dövlətlərarası, həm də vətəndaş müharibələri zamanı dəymiş iqtisadi zərərin çeşidli yollarla hesablanması metodları var.

Onlardan biri işğal altında olan bir rayonun əhali sayı, ÜDM və digər parametrlərinə uyğun gələn Azərbaycanın tərkibindəki bir rayonla müqayisə edilib, müəyyənləşdirilir.

Bu zaman həmin rayonun illik gəliri hesablanır. Və sonda həmin rəqəmi 27 ilə vurmaqla bu rayona vurulmuş iqtisadi zərərləri hesablamaq olar.

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Onda xarici borcu ÜDM-in 60%-ni keçən, valyuta ehtiyatları 2,6 milyard dollar həcmində olan dövlət bunu necə ödəyə biləcək?

Bəzilərinin fikrincə, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edərək, Ermənistanı Qarabağı viran qoyduqları üçün böyük məbləğlərdə cərimələdərsə, əvəzində ermənilər Qarabağda yaşamaqdan sözün bütün mənalarında imtina edə bilər. Bu zaman bizim də təzminatdan imtina edib-etməmək məsələsinin gündəmə gəlməsi mümkündür.

Əlbəttə, hətta nəzəri olaraq təsəvvür etsək ki, ermənilər cəriməni ödəməmək üçün “artsax” utopiyasından əl çəkə bilərlər.

Amma yenə də bu, onların şəhərlərimizə vurduğu ziyanı ödəməmək məsuliyyətindən azad etməyəcək. Bu yollardan biri də kontribusiya yoludur.

Müəyyən dövrlərdə sülh sazişindən sonra dəymiş zərərin həcmi hesablanarkən, onu ödəyə bilməyən qarşı tərəf maddi ekvivalent kimi ona məxsus əraziləri mübadilə predmeti kimi təklif edə bilər.

ABŞ 1803-cü ildə Luiziana ştatını Napoleon Bonapartdan satın alaraq, hər hektar ərazi üçün cəmi 7 sent ödəmişdi. Azərbaycan da ona dəymiş zərər müqabilində torpaq da istəyə bilər.

Biz o zaman Zəngəzuru seçə bilərik. Zəngəzurun qaytarılması həm kompensasiya forması olmaqla, həm də tarixi ədalətsizliyin təntənəsi ola bilər.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

İqtisadçı ekspert Natiq Cəfərli bu mövzuda düşünür ki, istənilən halda Ermənistan qarşısında təzminat məsələsi qaldırılmalıdır.

Onun “Yeni Müsavat”a bildirdiyinə görə, gələcəkdə hansı məsələlərin müzakirə ediləcəyindən asılı olmayaraq, Azərbaycan dəymiş ziyanla bağlı ciddi sənədlər hazırlamalıdır.

N.Cəfəri hesab edir ki, kompensasiyanın dəyərləndirilməsi üçün beynəlxalq audit kampaniyalarını, hüquq şirkətlərini prosesə cəlb etməliyik: “Bu halda keyfiyyətli, əsaslandıılmış iqtisadi hesablamalara söykənərək kompensasiya tələb edilməlidir.

Bildiyim qədər bu istiqamətdə artıq işlər başlayıb. Fikrimcə, təzminat davasının qaldırılması bizim mövqelərimizi gücləndirəcək.

Ola bilsin ki, qərarın verilməsi uzana bilər. Amma iddianın qəbulu əlimizi xeyli dərəcədə gücləndirir.

Çünki gələcəkdə danışıqlar davam edəcək və masada kompensasiya “Domokl qılıncı” kimi həmişə Ermənistanın başı üzərində olmalıdır”.

N.Cəfərlinin fikrincə, doğma yurd-yuvası dağılmış köçkünlər də ayrı-ayrılıqda Avropa Məhkəməsinə müraciət edə bilərlər: “Onların mülkiyyət hüquqları tapdanıb, zərər vurulub, ev-eşikləri dağıdılıb.

Füzuli, Zəngilan, Qubadlı və digər azad edilmiş rayonlarımızın sakinləri Avropa Məhkəməsinə müraciət etməlidirlər. Nəticəsindən asılı olmayaraq sənədlər toplusu müvafiq strukturlara təqdim olunmalıdır”.

Qeyd edək ki, İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında qətnamə qəbul olunub.

Qətnamədə deyilir ki, Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunur.

Ümumiyyətlə, işğalçı Ermənistan 44 günlük müharibədən təkcə böyük maddi və canlı itkilərlə çıxmadı, eyni zamanda on illərlə torpaqlarımızın qanunsuz istismarından əldə elədiyi gəlirlərlə varlanmaq, kasad büdcəsini doldurmaq imkanlarından məhrum oldu.

Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan bildirib ki, həm Qarabağ erməniləri, həm də Ermənistan əhalisi üçün qida təhlükəsizliyi təhdidləri ümumi xarakter daşıyır.

Onun sözlərinə görə, “artsax” ərazilərində 150 min ton taxıl istehsal edilirdi: “Biz istehsal olunan taxılın 75 faizini itirmişik. Ermənistan hər il təxminən 250 min ton taxıl idxal edir. Aradakı defisiti xaricdən satın almalarla doldurmalı olacağıq.

Dolların məzənnəsinin artmağa doğru olduğunu nəzərə alsaq, çörəklə təminat və onun qiyməti ilə bağlı problemimiz olacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”