Ermənilər Şuşanın daha bir kəndindən qaçdılar – Ordumuz hər an…

1029

Üçtərəfli razılaşmadan sonra qondarma “DQR”in nəzarətində qaldığı deyilən daha bir kənd ermənilər tərəfindən boşaldılıb.

“Aysor” xəbər verir ki, Şuşa rayonunun Böyük Qaladərəsi (ermənicə: Mets Şen) kəndi 3 gündür boş qalıb.

Kənddə qalan yeganə şəxs isə qondarma rejimin əraziyə “mer” təyin etdiyi David Davtyandır.

“Hələ ki, azərbaycanlılar kəndə gəlməyib, amma bu, hər an baş verə bilər. Sakinlər 3 gün əvvəl kəndi tərk ediblər”, – Davtyan bildirib.

O həmçinin Kirov (ermənicə: Xin Şen) kəndinin də 3 gündür Azərbaycan Silahlı Qüvvələri tərəfindən mühasirəyə alındığını və kənddən heç bir məlumat ala bilmədiyini qeyd edib. \\PROPRESS