Ermənilər saxta hesab açdı – Müdafiə Nazirliyindən ÇAĞIRIŞ

120

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta Tvitter hesabı açılıb.

Bu barədə Hurriyyet.org-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi Tvitter hesabı BU LİNKDƏDİR“, – məlumatda qeyd olunub.