Ermənilər Qarabağdan 19 meyit yığdılar -1039 oldu

348

Qarabağ erməniləri döyüş meydanındakı meyitlərin toplanması işini davam etdirir.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, qondarma qurumun nümayəndələri Şuşa rayonunun Daşaltı kəndi ərazisindən və ətraf meşələrdən, o cümlədən keçmiş Əsgəran bölgəsi, Cəbrayıl və Zəglilanın Xanlıq qəsəbəsindən daha 19 meyit götürüblər. Bu barədə Unan Tadevosyan mətbauata açıqlamasında bildirib. O bildirib ki, bu gün axtarışlar Hadrut, Füzuli, Xocavənd və Şuşa ərazisində davam etdiriləcək. Axtarışlarda itkin düşənlərin yaxınları da iştirak edir. U.Tavevosyan bildirib ki, axtarışların aparıldığı müddət ərzində 1039 hərbçinin meyiti tapılıb.