“Ermənilər Qarabağ kartını “oynamağa” başlayıb” – MİLLƏT VƏKİLİ

78

“Ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi çalışırlar ki, Rusiyanı bu oyuna qatsınlar”

Bunu Hurriyyet.org-a açıqlamasında millət vəkili, politoloq Arzu Nağıyev deyib. O, ermənilərin əvvəllər daha çox Qazax istiqamətində təxribatlar törətdiyini, hazırda isə Tovuz istiqamətdinə təxribatlar törətməyə çalışdığını qeyd edib:

“Düşünürəm ki, bu gün əsas problem yüksəkliklərlə bağlı olduğuna görə, erməni tərəfinin də həmin yüksəklikləri ələ keçirməkdə məqsədi kommunikasiyalara nəzarət etməkdir. Eyni zamanda həmin yüksəklikdə bütün proseslərə, yəni Bakı-Tiblisi qaz, dəmiryolu və digər beynəlxalq strateji mövqeləri nəzarətdə saxlamaq məqsədi daşıyır. Əsas məsələ ondan ibarətdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)  üzvü kimi çalışırlar ki, Rusiyanı bu oyuna qatsınlar. Çünki bura dövlət sərhədi sayılır. Əvvəllər onlar daha çox Qazax istiqamətində təxribatlar törədirdi. Hazırda isə Tovuz istiqamətdinə təxribatlar törətməyə çalışır. Onlar özləri də bilir ki, buna cavab atəşi olacaq və onların susdurulması istiqamətində əməliyyatlar keçiriləcək. Bu hadisələrdən sonra, onlar böyük ehtimal beynəlxalq təşkilatlara müraciət edəcək”.

Arzu Nağıyev, Ermənistanın, Qarabağ kartını sərhəddə “oynamağa” başladığını bildirib:

“Bu eyni zamanda Paşinyan hakimiyyətinin apardığı qeyri-odekvat siyasətin nəticəsidir. Yenə də Qarabağ kartından istifadə edirlər. Qarabağın ərazisində bunu edə bilmirlər. Beynəlxalq təşkilatlar bunu qəbul etməz, çünki ərazi rəsmi olaraq Azərbaycanındır. Azərbaycan istədiyi vaxt antiterror əməliyyatı keçirsə, Ermənistan və digər dövlətlər buna heç nə deyə bilməz. Ona görə də Ermənistan, Qarabağ kartını sərhəddə “oynamağa” başlayıb. Ermənistan prezidentinin və Paşinyanın qondarma quruma səfəri onu göstərir ki, onlar Qarabağ kartından əl çəkmir”.