Ermənilər parlamenti Şuşaya köçürür – düşməndən daha bir provokasiya

156

“9 may 2022-ci ildə şəhərimizin azad edilməsinin otuzuncu ildönümü münasibətilə Artsax Respublikası Milli Məclisi Stepanakertdən Şuşaya köçürüləcək”.

Qondarma “Artsax Respublikası”nın qondarma  prezidenti Arayik Arutyunyan belə bir bəyanatla çıxış edib. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Bədnam Arayik Arutyunyan deyib ki, onun bir neçə həftə əvvəl irəli sürdüyü bu təklif digər siyasi təşkilatlar tərəfindən də dəstəklənir.
Media xəbər verir ki, Arayik Arutyunyanın Şuşaya işgüzar səfəri zamanı bir vaxtlar məhkəmə orqanları üçün nəzərdə tutulmuş tikintisi yarımçıq qalmış binanın Parlamentə verilməsi imkanı müzakirə olunub.

Qondarma “prezident” Arayik Arutyunyan bildirib ki, bu qərar həm siyasi, həm də praktik əhəmiyyət daşıyır.

Azərbaycan dövləti və ordusu işğal olunmuş ərazilərdə hər an hərbi əməliyyatlar keçirtmək və torpaqlarımızı ermənilərdən təmizləmək üçün bütün vasitələrdən istifadə hüquqa malikdir. Əminik ki, ən qısa zamanda bu əməliyyatlar başlayacaq və uğurla bitəcək.

Elbəyi Həsənli, Sürix

P.S Bu cür xəbərləri yazmaq ağırdır. Ancaq Azərbaycan xalq bilməlidir ki, bədnam qonşularımızın məqsəd və məramı nədir. Bunu sadəcə bilmək azdır, həm də bu bilgilər üzərindən hərəkət etmək gərəkir.

https://en.armradio.am/2020/09/19/artsakh-to-move-parliament-from-stepanakert-to-shushi/