Ermənilər hökümət binasının qarşısına toplaşdı – PAŞİNYANIN İSTEFASI TƏLƏB OLUNUR

267

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar hökumət binasının qarşısına toplaşıblar.

Hurriyyet.org Ermənistan mediasına  istinadən verdiyi xəbər verir ki, mitinq keçirildiyi ərəfədə binada Nazirlər Kabinetinin iclası keçirilir.

Əraziyə polis əməkdaşları cəlb edilib və hökumət binasının qarşısına polis əməkdaşları yerləşdirilib.

“Nikolsuz Ermənistan” şüarı səsləndirən etirazçılar Paşinyanın istefasını tələb edən plakatlar qaldırıblar.

YƏHYA