Ermənilər Goranboyun Tap kəndinə raket atıb –Bir mülki şəxs həlak olub

57

Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunu raket atəşinə tutub. 

Strateq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

O bildirib ki, Goranboy rayonunun Tap kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb: “Raket onun evinin damına düşüb. Ermənistanın müharibə cinayətləri davam edir”.