Ermənilər BU YERLƏRDƏ GİZLƏNİR – ŞOK DETALLAR

624

Müharibə bitib, ermənilərin qanunsuz silahlı birləşmələri Azərbaycan postlarına basqın etməyə davam edir. Meşələrdə qalan quldur terror birləşmələri işğaldan azad olunan ərazilərimizdə insanların dinc yaşamasına icazə verməyəcək? Ərazilərimiz erməni tapdağından nə vaxt tamamilə təmizlənəcək?

 

Ermənistan ordusu Qarabağdan tam çıxıbmı sualına cavab verən yoxdur. Qondarma “DQR” “prezidenti” isə yeni hökumət formalaşdırır. Savaş canisi Araik Arurtyunyan sanki qəsdən Azərbaycanın əsəblərilə oynayır, imzalanan üçlü bəyannaməyə hörmətsizlik edir, təxribat törədir.

Qarabağda hər şey dəyişdi, ermənilər isə dəyişməyiblər. Yaralarının qanı qurumamış atəşkəsi pozmaları, əsgərimizi yaralamaları bizim hansı düşmənlə qarşı-qarşıya olduğumuzu bir daha göstərdi.

Ermənilərin atəşkəsi məhz Hadrut-Xocavənd istiqamətində pozmalarının da ciddi səbəbi var. Hadrutun Azərbaycan Ordusunu işğaldan azad etməsi ermənilərə ciddi zərbə olub. Ermənilər Şuşadan fərqli olaraq, Hadrutu və Xocavənd istiqamətindəki bir sıra kəndləri “dədə-baba” əraziləri hesab edirdilər. Amma Azərbaycan Ordusu işğaldakı bütün ərazilərini azad etməkdə israrlı idi və Hadrutu da “erməni çoxluğa” verməyəcəkdi.

Hadrut erməniləri və Xocavəndin kəndlərindən qaçanlar günlərdir ki, İrəvan küçələrdən çəkilmirlər. Deyirlər ki, Azərbaycan Hadrutu da, Xocavəndin kəndlərini də qaytarmalıdır. Tülkü kimi gizlənib lokal hücumlar planlaşdıran erməni silahlıları o istiqamətdə Azərbaycan əsgərindən bir qoz ağacını (orada qoz ağacaları da boldur) belə geri ala bilmək gücündə deyillər. Amma göstərmək istətəyirlər ki, o istiqamətdə verdikləri “ərazi itkiləri” ilə barışmırlar. Bu cür pozuculuq cəhdləri hələ də Ermənistandan göstərişlər alıb icra edən Araik Arutyunyan və tör-töküntülərinin İrəvanı qarışdıran qaçqın ermənilərin başını qatmaq cəhdidir. Yəni bu cür alçaq hücumlarla demək istəyirlər ki, “biz buranı geri almaq üçün savaşırıq, bir az dözün…”

Azərbaycan Ordusu isə hazırda Hadrut ətrafındakı meşə və dağlarda gizlənib qalmış, Zəngilanın Ermənistanla sərhəd kəndlərində tör-töküntü şəklində qalan erməni silahlılarını bölgədən təmizləməyə başlayıb. Artıq bu əməliyyatlarla bağlı video materiallar belə yayılmaqdadır. Erməni silahlıları Xankəndi, Ağdərə və başqa bölgələrdən də çıxarılmalıdır. Ordumuzun və dövlətimizin qarşıdakı aylarda əsas öncəliyi və hədəfi bu olmalıdır. Bunun dinc yolla baş verməsi də mümkündür – Rusiya və Türkiyə ortaq monitorinq mərkəzi fəaliyyətə başlayan kimi, bu silahlı qüvvələrin bölgədən çıxarılmasına, onların yerinə, bölgəyə qayıdan və yerləşdirilən dinc əhalinin sülhməramlılar tərəfindən təminat altına alınmasına start verilməlidir. Bundan sonra isə Xankəndinə və digər bölgələrə Azərbaycan dövlətinin müvafiq strukturları yerləşdirilməlidir. Bunun əks variantı isə, Hadrut ətrafında olduğu kimi, Xankəndində və başqa bölgələrdə anti-terror əməliyyatlarının başladılmasıdır. \\Oxu24.com