“Ermənilər bizimlə yaşamaq istəyərlərsə fikirləşərik” – HAFİZ HACIYEV

162

Humanitar məqsədlə atəşkəs haqqında razılaşmalara baxmayaraq, atəş səsləri eşidilir. Bundan sonra, Azərbaycan növbəti atəşkəs anlaşmasına gedə bilərmi?

Mövzuyla bağlı Hurriyyet.org-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, bu məsələdə Ermənistanın özbaşına olmadığını və onları idarə edən başqa dövlətlərin olduğunu deyib:

“Erməni faşistlərinin hiyləgərliyi və bicliyi həmişə olub. Onlar özbaşına olmayıb, onları idarə edən başqa dövlətlər var. Bu baxımdan, orda bir neçə hakimiyyət var. Köçəryan çalışır ki Paşinyanı devirsin. Rusiya da buna çalışır. Ona görə də Ermənistanda bir neçə hakimiyyət hökm sürür. Ermənistan təkbaşına bu qərarları vermir. Azərbaycan atəşkəsə riaət etsə də, Ermənistan etmir. Bu baxımdan, Paşinyanın məsələsi artıq həll olunubdur. Fikirləşirəm ki, Ermənisstan heç vaxt atəşkəsə əməl etməyəcək. Torpaqlarımız azad olunandan sonra onların məsələsinə baxarıq. Bizimlə yaşamaq istəyərlərsə, fikirləşərik. Necə güzəştə gedəcəyimizi düşünərik…Amma, onlar heç vaxt atəşkəsə əməl etməyəcək. Özümüzü allatmağa dəyməz”.

YƏHYA