“Ermənilər Azərbaycan dronları qarşısında acizdirlər, cəbhə xəttində dözülməz qoxu var” –  “Nyu York Tayms”ın rus müxbirinin reportajı

105

Hurriyyet.org xəbər verir ki, “Nyu York Tayms” qəzetinin rus müxbiri Anton Troyanovski Qarabağdan hazırladığı reportajda Ermənistanın düşdüyü ağır vəziyyətdən, erməni hərbçilərin meyitlərinin ortada qalmasından yazıb: “Cəbhə xəttində dözülməz qoxu var. Əsgərlərin cəsədləri həftələrlə ortalıqda qalmaqdadır”.

Jurnalist yazıb: “Səngərlərdə qorxu hökm sürür. Ermənilər Azərbaycanın dronları qarşısında acizdirlər. Dronlar onların başı üzərində uçaraq ölüm saçır.

Hərbi qəbirstanlıqda buldozerlər təpənin  yamacını qazırlar. Artıq orada iki cərgə yeni məzar qazılıb. Bu yaxınlarda qazılmış düzbucaqlı çuxurlar da tezliklə dolacaqlar”.

Yazının əsli ilə burada tanış ola bilərsiniz: https://www.nytimes.com/2020/10/18/world/europe/Nagorno-Karabakh-war-Armenia-Azerbaijan.html?searchResultPosition=5

Rusca tərcümə isə bu ünvandadır: https://inosmi.ru/social/20201019/248357979.html