Ermənilər Ağrı dağına hər baxanda Azərbaycan və türk bayraqlarını görəcəklər

69

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Ağrı vilayətinin bələdiyyə başçısı Savcı Sayan “Tvitter” və “Feysbuk” sosial şəbəkələrindəki paylaşmasında Ağrı dağının üzərində Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu bir fotonu paylaşaraq bu layihəni həyata keçirəcəklərini bildirib.

Sayan bu layihə realladırıldıqdan sonra Ermənistan tərəfindən də görünən Ağrı dağına baxanların hər zaman türk və Azərbaycan bayraqlarını görəcəklərini yazıb və ironiya ilə qeyd edib: “Ağrı bələdiyyəsi olaraq sürətlə çalışırıq. Yaxınlarda Ağrı dağının Ermənistana baxan tərəfində bu mənzərəni görəcəksiniz. Ümidvaram ki, cəbhədə Ermənistanı ruhlandırar”.