“Ermənilər adamlıqdan çıxıb və vəhşiləşiblər”

84

Rasim Balayev: “Məqsədləri odur ki, üçüncü bir ölkəni, xüsusən də Rusiyanı müharibəyə cəlb etsinlər”

“Artıq, konkret addımlar atılmalıdır. Bildirilməlidir ki, əgər bizim mülki əhali vurulacaqsa, onların mülki əhalisini vuracayıq. Bunları başqa cür dayandırmaq mümkün deyil. Tarix boyu onlar özlərini elə həddə çatdırıblar ki, qırılıblar”.

Bunu “Hürriyyət”ə müsahibəsində xalq artist Rasim Balayev bildirib.

Xalq artisti, ermənilərin tarix boyu vətəninin olmadığını, müxtəlif ölkələrdə qruplar şəklində məskunlaşdıqlarını deyib: “Ermənilər adamlıqdan çıxıb və vəhşiləşiblər. Məqsədləri insanlarda təlaş və qorxu yaratmaqdır. Bu elə hərəkətdir ki, adı yoxdur. Mülki əhalini atəşə tuturlar. Tərtəri, Ağcabədini, Bərdəni, Ağdamı və digər yerlərə raket zərbələri endirirlər. Bunlar necə millətdir, anlamaq olmur… Ümumiyyətlə, millətdirmi bunlar?… Yeni xəbər oxudum. Ermənilər Fransa şəhəri olan Marsel şəhərini qədim erməni ərazisi olduğunu iddia edirlər. İddia edirlər ki, şəhərin adı Marsel deyil, Marsaxdır. Bunların ailmləri özlərini bədbəxt edib. Onlar elə bilirlər ki, böyük bir dövlət olublar, guya sonradan parçalanıblar… Halbuki, yer üzündə belə bir ölkə olmayıb. Məqsədləri odur ki, üçüncü bir ölkəni, xüsusən də Rusiyanı müharibəyə cəlb etsinlər. KTMT-nin üzvlərini də müharibəyə daxil etmək istəyirlər. Çünki görürlər ki, ordumuza gücləri çatmır, o baxımdan mülki əhalini hədəf seçirlər. 1000-dən çox mülki ev dağıdılıb. Bu gün eşitdim ki, Tərtərdə evə raket zərbəsi endiriblər. Nəticədə bir nəfər həlak olub. Deməyim odur ki, o qədər barbar insandılar ki, onlara ad tapa bilmirəm. İşğaldan azad edilmiş ərazilərin görüntülərinə baxıram. Kadrlardan görünür ki, əkin sahələri boş qalıb. Əgər orda həyat qurmursansa, torpağı əkib-becərmirsənsə, niyə o qədər erməni orda qırılır. Ancaq səngər tikiblər. Bunların qabağında durmasan, daha çox torpaq iddiası edirlər. Bu düşüncəsizliyin və ağılsızlığın son həddidir. Mingəçevir, Gəncə, Tərtər və digər bölgələrdə silahsız insanlara atəş açırlar. Məqsədləri insanlar arasında qorxu və təlaş yaratmaqdır. Düşünürlər ki, təlaş keçirən insanlar bölgələri tərk edəcək. Dünya ictimaiətinə də son olan hadisələrlə bağlı məlumat vermişik.

Artıq konkret addımlar atılmalıdır. Bildirilməlidir ki, əgər bizim mülki əhali vurulacaqsa, onların mülki əhalisini vuracayıq. Bunları başqa cür dayandırmaq mümkün deyil. Tarix boyu onlar özlərini elə həddə çatdırıblar ki, qırılıblar. Daha sonra, Abxaziyanın və Osetyanın da onların olduğunu deyirlər. Bütün millətləri iş-gücündən edibler. Ermənilər Allah tərəfindən lənətlənmiş millətdir. Mən onlara millət demək istəmirəm, onlar toplumdur. Qaraçı kimi yaşayıblar. Onların tarix boyu vətəni olmayıb. Bir hissəsi Livanda, bir hissəsi Suriyada və digər ölkələrdə məskunlaşıblar. Rusiya televiziyaları da ermənilərin əlindədir. İstədikləri informasiyaları yayımlaya bilirlər. Dünya ictimiayyəti bunları durdurmalıdır. Heç vaxt danışığa getməyəcəklər. Ölkə başçısı da bildirdi ki, münaqişənin həlli danışıqla alınan iş deyil. Hansısa millətə qarğış etmək istəyirsənsə, deməlisən ki, sənin Ermənistan kimi qonşun olsun. Ermənilər vaxtilə Bakıda rahat yaşayıblar. Bizim əlimizdə həmişə çomaq olmalıdır. Çünki çomaq olmasa anlamayacaqlar. Ermənilər heç vaxt Azərbaycana buraxılmamalıdır. Onların qanunsuz iştahlarını məhv etmək lazımdır”.

YƏHYA