“Ermənilər 1992-93-cü illərdə 872 nəfəri əsir və girov götürüb” – Dövlət Komissiyası

297

“Bizdə olan məlumata görə, ermənilər tərəfindən 1992-93-cü illərdə 872 nəfər əsir və girov götürülüb”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

“Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın aidiyyatı qurumlarına müraciət edilib. Ancaq onlar bunu təsdiq etməyiblər”, – o bildirib.